11.09.2014 [14:48] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Aydın Mirzəzadə: "Məsələ beynəlxalq təşkilatlar qarşısında qaldırılmalıdır, bu istiqamətdə də iş gedir"
Fərəc Quliyev: " Beynəlxalq qurumlara bu haqda məlumat vermək gərəkdir ki, kənardan gətirilənlər hesabına işğal olunmuş torpaqlarımızda məskunlaşmalar olmasın "
Məlumatlara görə, Suriyanın Hələb şəhərində yaşayan ermənilərə Ermənistan pasportunun verilməsinə başlanılıb. Ermənistanın Xarici İşlər Nazirliyi nin verdiyi açıqlama verib.
açıqlamaya görə, Ermənistanın Hələbdəki baş konsulu Tiqran Qevorkyan şəhərin Kesab və Latakiya rayonlarında ermənilərə Ermənistan pasportlarının verilməsində iştirak edib. Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan bu günə kimi, müəyyən sayda ermənilər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində yerləşdirilir. Suriya ermənilərinin daha çox Laçın və Zəngilana yerləşdirildiyi bildirilir.
İndi də. Suriyadan olan ermənilərə Ermənistan pasportu verməkdə İrəvanın məqsədlərindən biri də sözsüz ki, onların həm Ermənistan, başlıcası isə işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsinə nail olmaqdır. Bu məqam onu göstərir ki, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmir. İrəvan belə qanuna idd hərəkətləri ilə bütün vasitələrdən istifadə etməklə, beynəlxalq hüquq normalarını pozmaqda davam edir. Maraqlıdır, xaricdəki ermənilərin Dağlıq Qarabağa köçürülməsinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Millət vəkili Aydın Mirzəzadə düşünür ki, ermənilərin bu çirkin niyyətinə son qoymaq üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalı, izahedici işlər aparılmalıdır. Ümumiyyətlə, bu istiqamətdə iş gedir: "Ermənistan onsuz da həmişə beynəlxalq hüquq normalarına etinasız yanaşan, onu saya almayan bir dövlət kimi tanınır. Dəfələrlə bu müxtəlif faktlarla ifşa olunub və dünya da Ermənistanı belə tanıyır. Ancaq yenə də Ermənistan bu həyasız addımından əl çəkmir. Hesab edirəm ki, birinci növbədə bu məsələdə daim izahedici iş aparmalıdır. Beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır. Onlara faktlar təqdim edilməlidir. Həmçinin, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır. Əslində, bu istiqamətdə iş gedir. Proses dəfələrlə olub və daima davam etdirilməlidir. İkinci bir tərəfdən, ermənilərin qanunsuz olaraq işğal olunmuş torpaqlarımıza köçürülməsinə ən yaxşı cavablardan biri Azərbaycan dövlətçiliyinin gücləndirilməsi, onun nüfuzunun artması və bu mübarizədə Ermənistanın uduzmasıdır. Ermənistan ictimaiyyəti artıq bütün məsələlərdə faktiki olaraq, Azərbaycana uduzduğunun fərqinə varmaqdadır".
Millət vəkili Fərəc Quliyev isə sözügedən məsələnin köklü həllini torpaqların azad olunmasında görür: "Ermənilərin vətənləri yoxdur. Ona görə də bir yerdə məskunlaşmaq üçün bütün formalara əl atırlar. Çalışırlar ki, işğal etdiyi ərazilərdən də bu məqsədləri naminə istifadə etsinlər. Amma bunlar onların müvəqqəti uğurlarıdır. Düşünürəm ki, günün birisində onlar dünyanın ən müxtəlif yerlərindən köçürüb gətirib, məskunlaşdırdıqları insanları gedi qaytarmaq məcburiyyətində qalacaqlar. Buna baxmayaraq, ona əmin də olub arxayın ola bilmərik. Azərbaycan qanunlarının ölkənin bütün ərazisində işləməsi üçün həmin torpaqların da azad olunması lazımdır. İndinin özündə isə ən azından beynəlxalq qurumlara bu haqda məlumat vermək gərəkdir ki, kənardan gətirilənlər hesabına işğal olunmuş torpaqlarımızda məskunlaşmalar olmasın. Ən azından statistika aparmağı bacarmalıyıq, baş verənləri qeydə almalıyıq. Bunlar qeydə alınandan sonra, təbii ki, günün birisində qanunsuz olaraq o ərazilərdə yerləşdirilənlər, burada da miqrasiya institutlarının qanunları işlədikdə onlar ölkədən çıxarılacaqlar. Amma indinin özündə ermənilərin bu çirkin addımlarını beynəlxalq səviyyələrdə qaldıraraq, diqqətə çatdırmalıyıq. Hesab edirəm ki, bu yaxınlarda bir uğur qazandıq. Günün birində statistika aparıb, bu adamların geri qaytarılması üçün təbii ki, tədbirlər görəcəyik. Hesab edirəm ki, burada təhlükəli məqamlar yoxdur".
Səməd CƏFƏROV

Bu xəbər oxucular tərəfindən 1621 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |