Şrift:
Qərbi Azərbaycan Göyçə ziyalılarından... Yunis Qəhrəman oğlu Rzayev
12.09.2014 [00:12] - Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Böyük el məhəbbəti qazanmış dövlət xadimlərindən biri də millətsevər Türk oğlu Yunis Rzayevdir. O, hər kəsə qismət olmayan bu sevgini, öz yüksək mədəniyyəti, istedadı, nəcib hərəkəti, prinsipiallığı, işgüzarlığı və xalqa bağlılığı ilə qazanmışdır. Tanrı vergisi olaraq o, millətin gözündə həmişə vüqarlı bir dağa bənzəmişdir və beləcə də qalmaqdadır...
Yunis Rzayev 1924-cü ilin mart ayının 2-də Göyçə mahalının Şişqaya kəndində dünyaya göz açmışdır. Həmin kənddə təhsil almış və doğma məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
1943-46-cı illərdə ordu sıralarında qulluqda olmuş. Tərxis edildikdən sonra Basarkeçər rayon komitəsində təlimatçı işləmişdir. ADU-nu və Bakı şəhərində Ali Partiya məktəbini bitirmişdir. 1950-ci ildə Basarkeçər rayon partiya komitəsində şöbə müdiri, 1953-cü ildə rayon icrayyə komitəsinin sədri, 1957-ci ildə Krasnoselo rayon partiya komitəsinin birinci katibi seçilmişdir.
1960-cı ildə Moskva şəhərində ali partiya məktəbində oxumuşdur. 1962-63-cü illərdə Martuni(Qaranlıq) rayon kolxoz-sovxoz istehsalat idarəsində partiya təşkilatçısı, 1963-65-ci ilə qədər Basarkeçər rayon kolxoz-sovxoz istehsalat idarəsi partiya komitəsinin birinci katibi işləmişdir. 1965-68-ci illərdə Basarkeçər rayon partiya komitəsinin birinci katibi, 1968-70-ci illərdə Ermənistan Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində çalışmışdır... Xalqına böyük məhəbbəti olan bu Türk oğlu hər zaman sadə insanlardan tutmuş müəyyən vəzifələrdə işləyən Qərbi Azərbaycan türklərinin dərd-sərinə yaramış, çoxlu türk ziyalılarının vəzifələrə keçməsinə dəstək vermişdir... Hal-hazırda Respublikanın müəyyən vəzifələrində ədalət və düzgünlük tərəfdarı olan hörmətli şəxsiyyətlər var ki, onların yüksək kürsülərə qalxmasında Yunis Rzayevin dəstəyi olmuşdur... Qərbi Azərbaycandan olanlar xeyir-şər mərasimlərində daim Yunis Rzayevin xeyirxah işlərindən söhbət açıb hörmət və ehtiramla xoş xatirələr danışırlar... İndiki nəslin nümayəndələrinin də çoxusu elin hörmət və ehtiram bəslədiyi Yunis Rzayevin xeyirxah işləri haqqında ata və analarının xatirələrini bir xoş mövzuya çevirib maraqla söhbət edirlər...
Yunis Rzayev zəkalı, bacarıqlı və hörmətcil şəxsiyyət kimi bütün Sovet İttifaqı məkanında məşhurlaşmış, eyni zamanda Azərbaycan Respublikasının nüfuzlu rəhbərləri arasında ən ləngərli şəxsiyyətlərdən biri olmuşdur... Elin və xalqın qəlbində ehtiramlı yer tutan zəkalı Türk oğlu Yunis Qəhrəman oğlu Rzyev Azərbaycan Pespublikası Üzümçülük və şərabçılıq Komitəsinin sədri işlədiyi dövrdə- 1985-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir, onun məzarı II Fəxri xiyabandadır... Qəbri nurla dolsun! O hər zaman xalqın qəlbində hörmətlə yaşayan şəxsiyyətlərdən biridir.




Niftalı Göyçəli davam.az Tel: 055 850 78 64
Bu xəbər oxucular tərəfindən 1786 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed