Şrift:
Con Kerri Türkiyəyə gedir
12.09.2014 [00:19] - Gündəm, Türk dünyası-Turan
ABŞ dövlət katibi Con Kerri sabah Türkiyəyə işgüzar səfər edəcək.
Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, səfər çərçivəsində bır sıra qlobal və regional məsələlərin müzakirə olunacağı nəzərdə tutulur.
XİN-in bəyanatında qey edilir ki, C.Kerri sentyabrın 12-13-də Türkiyədə səfərdə olacaq və XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcək: "Sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə danışıqlar aparacaq".
Tərəflər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməyi, həmçinin ikitərəfli əlaqələr, regional və qlobal problemlər üzrə gündəlikdə duran mövzuları nəzərdən keçirməyi planlaşdırırlar.
Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed