Şrift:
Londonda BDU-nun professorunun “Azərbaycan tarixi” kitabı çapdan çıxıb
12.09.2014 [00:21] - Gündəm, Diaspor
Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun “Azərbaycan tarixi” (qədimdən günümüzə qədər) kitabı Londonda “Rosserndale Books” (RB) nəşriyyatı tərəfindən nəfis tərtibatda çapdan buraxılıb. Kitabı ingilis dilinə AMEA-nın əməkdaşı Fatma Fərəcova çevirib. Əsərin redaktoru isə ingilis Annemarie Mergeldir.

BDU-dan verilən xəbərə görə, bu fundamental əsərdə xalqımızın qədim dövrlərdən bəri keçdiyi yola, azadlıq və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq mücadiləsinə, siyasi və etnik mənzərəsinə təkzibedilməz faktlar və sübutlarla aydınlıq gətirilib. Əsərdə Azərbaycan xalqının inkişaf səviyyəsi dəqiq faktlar əsasında yeni təfəkkürlə yazılmaqla sovet ideologiyasından tamam təmizlənib.

Kitabda həm də Azərbaycanın tarixini əks etdirən 44 xəritə verilib.
Bu xəbər oxucular tərəfindən 1094 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed