Şrift:
Xocavənd cəbhəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub
21.12.2011 [12:50] - Gündəm
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 20-də saat 10.40-dan 12.10-dək və 20.50-dən 20.55-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed