13.09.2014 [00:32] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Şamil Vəliyev - professor
Hələ uşaqlıq illərindən yay aylarında bədii əsərlərin mütailəsinə ayrıca həvəs göstərmişəm və bu mənim ən ləzzətli əyləncəm olub. Bu yay günlərində də belə oldu. Artıq yazıçı obrazının kamilliyi ilə özünü çoxdan təsdiq etmiş Yunus Oğuzun “Şah arvadı və cadugər” romanını oxuyub başa çatdıqdan sonra bir daha həmişə təkrarladığım fikrimdə əmin oldum ki, ədəbiyyat insanın, millətin, xalqın, habelə bizi əhatə edən aləmin, ağacın, daşın, quşun, təbiət və cəmiyyətin var olmaq, mövcud olmaq uğrunda vuruşmaq, çarpışmaq, yaşamaq eşqini əks etdirən sənət növüdür. Minillərdir ki, “eşqi bir sirri-xuda” sayan dünya mütəfəkkirləri ilə bir sırada azərbaycanlılar, o cümlədən söz və sənət adamları eşqi “göylərin mehrabı” bilib, bu ecazkar həqiqətin gücü ilə xarüqələr yaradıblar.
“Eşq olan yerdə bütün aqili-dana dəlidir”- məntiqinə inananların məcnuni həyat yaşadığındandır ki, bu gün bizə miras qalan zəngin Azərbaycan ədəbiyyatı, maddi və mədəni irsimiz var. “Şah arvadı və cadugər” romanında oxucunu ilk cəzb edən də elə budur. Lakin daha yeni işvə, cilvə və rəngləri ilə, gerçək həyatın real yaşam vasitəsi kimi. Bunu əsərin baş qəhrəmanlarından biri olan Xeyrənisənin təqdimatında aydın görmək olur. Yazıçı deyir: “Sonra birdən Xeyrənisə xanım ucadan qəhqəhə çəkdi. Cadugərin isə sanki dili tutulmuş, lal olmuşdu. Həyatında bu qədər aciz vəziyyətə düşməmişdi; nəsə demək istəyir, amma danışa bimirdi. Ehtiras və məftunluq onu tamam girinc eləmişdi. Xanım bu vəziyyətin əsl səbəbini yaxşı başa düşür, bu ona həzz verirdi. Sanki məhz bu cür məftunluq arzulamışdı. Belə birisi üçün soyunmağa və ona təslim olmağa dəyərdi. Belə vəziyyətə düşməyi çox arzulamışdı. Daha məqam yetişmişdi, ondan imtina edə bilməzdi. Xeyrənisə xanım qarşısındaki yekəpər, bir qədər də əzvay kişinin bu həyəcanının, bu titrəməsinin səbəbini anlamırmış kimi yanlarını yellədərək qapıya doğru addımladı. Nazik paltarın altında onun bədəni tamam çılpaq kimi tərpənirdi. Bu uzaqlaşma ilə onun getdiyini zənn edən Cadugər dərindən nəfəs aldı. Canını bu qadının sehrindən qurtarmış kimi hiss elədi. Nənəsi ona qadın sehrinə düşməməsinin çox sirlərini öyrətmişdi. Bu çağa qədər o yollardan çox istifadə etmiş, heç vaxt məftun olmamışdı. Indi o sirləri xatırlamırdı da. Üstəlik, həm də yanılmışdı, qadın getmirdi, cəftəni qapının halqasına keçirib geri döndü. Gəlib onun bir addımığında durdu. Indi xanımın isti nəfəsini duyurdu. Hər hansı tərəf irəliyə azacıq addım atardısa, bir-birinin qucağına düşəcəkdilər.
-Deyirlər xacələr eşqdə bivec olurlar, -Xeyrənisə xanım bic-bic gülümsündü,- Bu doğurdanmı belədir? Indi baxarıq...”
Əsərin süjet xəttində iki istiqamətin – eşq və döyüş səhnələrinin xronologiyasına əsaslanan paralelizmin mükəmməlliyi sadədən mürəkkəbə doğru yüksələrək həm hadisələrin, həm də insan xarakterlərinin ziddiyyətləri ilə müşayiət olunur. Belə olduğuna görədir ki, romanın nəinki adi və sadə hadisələri, eyni zamanda müxtəlif təbəqədən olan insanları tarixi faktlar və tarixin seçilən insanları kimi yadda qalır, onlar milli kimliyi ifadə edərək ötən günlərin həqiqətləri və şahidləri kimi oxucu marağına səbəb olurlar.
Romanda eşq səhnələri, eyş-işrətin həzzi, əzabı və feyzi Şah arvadı Xeyrənisə ilə Cadugər arasında gizli görüşlərlə başlayır və Krım xanı Adil Çireylə şəhvani gecələrdən sonra Məhdi Ülyanın, yəni Xeyrənisənin qətli ilə bitir.
Lakin bu faciəvi sonluğun özündə belə bədii qanunauyğunluğun nəzəri-estetik tələblərinə əməl edən yazıçı Cadugər Xacə Qasımın obraz bütövlüyünü qoruyur, onun xəyanətə dözməyərək öz eşqi uğrunda intihar etməsinə haqq qazandırır. Bu yol çarəsiz aşiqlərin son və əbədi yolu olduğunu klassik dünya ədəbiyyatı çoxdan təsbit edib, lakin hər birində eşqin və aşiqin yaşayacağına, yaşamaq haqqına inam hissini gücləndirməklə. Eyni yanaşma Yunus Oğuzun “Şah arvadı və Cadugər” romanında da öz parlaq ifadəsini tapıb. Qadın məkri və hiyləsini, sərvət və şəhvət duyğularını, hökm, hikkə və hakimiyyət hərisliyini, nifrət, iztirab, həsəd,
paxıllıq və macəraçılıq istəyini özündə birləşdirən, bu baxımdan antik yunan faciələrindəki qadın obrazlarını xatırladan Xeyrənisə “hətta fahişə kimi edam” olunsa da bədii obraz kimi yazıçı istedadının mükəmməl məhsuludur.
“Şah arvadı və Cadugər” romanında xarakterik cizgiləri, mürəkkəbliyi və əsərin kompozisiyasında hadisələrin inkişafına təsir gücü, qaldırılan problemlərə münasibətdə tutduğu mövqeyin əsrarəngizliyi ilə maraq doğuran obrazlardan əlavə ümumiləşmiş Azərbaycan xalqı obrazı daha çox diqqəti cəlb edir. Bu xalq obrazını Səfəvi xanədanına mənsub şah və övladları, oğuz qrupu türklərin müxtəlif qollarına mənsub tayfalar, onların nəsil başçıları, sərkərdələr, saray xidmətçiləri, Ərdəbil şeyxləri və dərvişlər, sıravi döyüşçülər, qızılbaşların milli-mənəvi birliyi təmsil edir. Onların soykökünə bağlılığı milli örf-adətə etiqadı, türklərin törəyiş və yaşayaşında, dövlətçilik ənənəsində özünü göstərən irs-varislik əlaqələrinə sadiqliyi isə bu obrazı daha da möhtəşəm hala gətirir. Hadisələrin harada, yəni Şiraz, Qəzvin, Ərdəbil və İsfahanda cərəyan etməsindən asılı olmayaraq baş qəhrəman güzeyli-güneyli Azərbaycan xalqıdır və zənnimcə bu yazıçının bədii fikir adamı kimi də, vətəndaş kimi də ən böyük uğurudur. Ziddiyyətli hadisələrin axarında hakimiyyət və tarix qarşıdurmasının düzgün həllini məqsəd bilən yazıçı təqdim etdiyi Xalq obrazının bütövlüyü haqqında yazır: “Təhmasib şah çox kökəlmiş, həm də çox qocalmışdı. Köklüyü səbəbindən çoxdan idi ki, at minə bilmir, səfərlərə arabada çıxırdı. Iki il əvvəl şah ağır xəstələnib yatağa düşəndə sarayda bir-birinə müxalif olan iki qüvvə şahlıq uğrunda müharibəyə girişmişdi. Onlardan biri şahın gürcü qızından doğulmuş oğlu, iyirmi yaşlı Heydər Mirzə idi. Heydər Mirzə atasının qocalığına və ağırfəndi olmasına görə sarayda bütün işləri öz əlinə ala bilmiş və xeyli tərəfdar toplamışdı. Sarayda Müntəşa Sultanın nəvəsi Muradxan Süfrəçi, Hüseyn bəy Yüzbaşı, şah qurçibaşısı Piri bəy Qoçulu, Əmiraxurbaşı Məhəmməd bəy və Sultan Aycək oğlu onunla ittifaqa girmişdi. Onlar da Heydər Mirzəni şah görmək arzusunda idilər.
İkinci müxalif qüvvənin başında isə şahın sevimli qızı Pərixan xanım dururdu. Pərixan atabir, anabir qardaşı olan, amma şahın əmri ilə Qəhqəhə qalasına salınan İsmayılı şah görmək istəyirdi. Onu sarayda mühüm vəzifələr tutan avşar, rumlu, türkmən tayfalarından Hüseynqulu Xülafə Rumlu, Əmiraslan Sultan Avşar, Heydər Sultan Çabuk Türkman dəstəkləyirdi. Bu əmirlər şahlığın soyu qarışıq olanlara verilməsini doğru saymırdılar.
Çox keçmədi ki, şah sağaldı və şahlıq uğrunda mübarizə aparanlar susmağa məcbur oldular. Amma bu müvəqqəti idi. Tərəflər bunu yaxşı bilirdilər”. Əsərin süjet xəttindəki ikinci istiqamət bədii döyüş səhnələrinin real tarix gerçəkləri ilə uzlaşdırılmasıdır. Burada yazıçının tarixçi-alim və roman ustası kimi axtarışları birləşir, sovet dövrünün elmi-nəzəri düşüncəsi ilə təqdim olunan fakt və hadisələrə dair təhriflər yeni müstəvidə aradan qaldırılır. Hər şeyin olduğu kimi göstərilməsinə çalışan müəllif unudulan, unutdurulan, yaddan çıxarılan, vacib sayılmayan tarix həqiqətləri siyasi metodologiya ilə deyil, müasir milli-mənəvi ehtiyaclarla əlaqəli şəkildə təsvir və təhlil obyektinə çevrilir.
Diqqətəlayiq məqamlardan birisi də ondan ibarətdir ki, ədəbi gəncliyin və geniş oxucu kütləsinin sonsuz rəğbətini qazanmaq gücündə olan “Şah arvadı və Cadugər”lə Yunus Oğuz Azərbaycan xalqının özəl bir keyfiyyətini geniş işıqlandırır, onun tarixən dövlət intizamı, vətən sərhədləri və camaat salamatlığına üstünlük verməsini mətnaltı qatda olsa da təqdir edir. Eyni yaradıcılıq mövqeyini digər tarixi romanlarında da nümayiş etdirən yazıçı bu romanında həmin məsələlərlə daha çox qayğılanır, Təhmasib şahdan sonra ölkənin, dövlət və xalqın taleyində yaranan ictimai-siyasi gərginlik, müharibə təhlükələri, sosial-psixoloji durumdakı dramatizm onu həmişəkindən çox narahat edir və beləliklə hadisələrin axarı fonunda yazıçının vətəndaş obrazı da böyüyür və özünə filosof müdrikliyi qazandırır. Bu isə yazıçının xalq fəlsəfəsinə sevgi və meyli ilə məhdudlaşmır, həm də özünün bədii mühakimələrində qabarıq şəkildə ifadə olunur. Bu mənada tarix gerçəklərinə, ötən dövrlərin həyat təcrübəsinə istinad edən yazıçı göstərir ki, “kişiləri ələ almaq üçün qadın həmişə daha artıq vasitəyə malik olur... ... Hər kişi gerçəkliklə yaşamaz, ümidlə yaşayanlar daha güclü olur”.
Tarixi yaddaş enerjisindən qaynaqlandığına və etnopsixoloji dəyərlərdən faydalandığına görədir ki, Yunus Oğuzun yazıçı təbiətindəki filosofluq “Şah arvadı və Cadugər”də aydın ifadəsini tapır. Romandan alınan bir parçada bunu görmək olur. Orada filosof-yazıçı deyir: “Tarazlıq iki qüvvənin razılığı əsasında yaranır. Əgər bu iki qüvvə arasında tarazılıq mütləq və dəyişməzdirsə o zaman hərəkətsizlik əmələ gəlir. Hərəkət alternativ üstünlüyün nəticəsidir. Bir tərəfin hərəkətə keçməsi digər tərəfi də hərəkətə gətirir. Beləcə bütün bəşəriyyət bir-birini hərəkət etdirir. Həyat nəfəs alıb-vermək, yaşamaq deməkdir. Qaranlıq işığı məhdudlaşdırır. Boşluğu reallıq doldurur. Bəşəriyyət ölüm və həyat arasında fasiləsiz doğuş və ölümdən ibarətdir. Güclü və zəif, xeyir və şər hərəkətin qollarıdır. Olan verir, verən alır. Beləcə hərəkətin tarazlığı təmin edilmiş olur”.
Romanda təsvir olunan şübhələr, qəm, qüssə, kədər, yanlışlıq və aldanışlar, iddia, hikkə, eşq, ehtiras, şəhvət, xəyal və arzular, real və irreal, maddi və qeyri-maddi dünya barədə mifik-mistik düşüncələr, döyüş, qələbə, məğlubiyyət, qan dolu səhnələr, hakimiyyət uğrunda açıq və gizli mübarizə əsərin süjet xəttindəki dinamizmi gücləndirir, yazıçının bədii təfəkkür fantaziyasından doğan kompozisiyanın əsrarəngizliyini təmin edir. Bütün bunlar yazıçının istedadını əks etdirməklə bitmir, onun təhlil və təsvir etdiyi tarix həqiqətlərini bədii sözün sehri, ecazı ilə süsləyərək milli keçmişlərin yeni rakursdan işıqlandırılmasına səbəb olur, oxucu marağını cəlb edən yeni hadisələr, xarakterlər və obrazlar sərgiləyir.
Romanın Əbdül, Firdovsi, Xeyrənisə (Məhdi-Ülya), Cadugər (Xacə Qasım), Ağa Dərviş, Zinət, Pərixan xanım, Şah Təhmasib, Heydər Mirzə, Məhəmməd Mirzə (Xudabəndə), Xəlil xan Avşar, İsmayıl Mirzə (II İsmayıl dəli), təbib Əbu Nasir, Şamxal bəy, Mirzə Salman, Baltaçıoğlu, Adil Çirey xan, Hüseynqulu xan və başqa qəhrəmanları yalnız hadisələrin iştirakçısı kimi göstərilmir, eyni zamanda hadisələrə yön və ton verən aktiv insan, onun axarında öz mövqeyi, xidmətləri ilə seçilən personajlardır. Bu qəhərmanların bir qismi yazıçı fantaziyasının məhsulu olsa da, real tarixi şəxslər qədər canlı, xarakterik səciyyəsi və fərdi cizgiləri ilə təsvir olunurlar.
Yunus Oğuz “Şah arvadı və Cadugər” romanında xarakterlər, dramatik vəziyyətlər, sosial-psixoloji problemlərə məşğul olan söz ustası kimi öz üslubu, mühakiməsi, sənətkar kimliyi ilə özünü parlaq şəkildə ifadə edir. Burada yazıçı əvvəlki əsərlərindən fərqli olaraq təsvir, tədqiq, fakt və hadisələrin yozulmasından çox təhlil etmək, özünün məfkurəvi mövqeyini aydınlaşdırmaq, fəlsəfi mülahizələrdən qaçaraq bədii nəsrdə lirizmə meydan açmaq, lirik-psixoloji üslub, psixoloji gərginlik və real təbiət lövhələrinə meyl göstərmək fərdiliyi liə seçilir. O da diqqətəlayiqdir ki, yazıçının bu romanında təbiət mənzərələri yalnız maddi aləmin gerçəklərini ifadə etmir, onlar həm də qeyri-maddi aləmin bədii təhlilinə vasitə olur, müəllif mövqeyinin aydınlaşdrılmasına təsir göstərirlər. Romandakı təbiət təsvirləri sadəcə gerçəkləri bildirmək, lirik-psixoloji vəziyyətləri yaratmaq məqsədi daşımır, hər şeydən əvvəl mahir romançının klassik ədəbiyyatla möhkəm bağları olduğunu təsdiqləyir, xüsusən onun nəsr poetikasında klassik divan şerinin, o cümlədən Şah İsmayıl Xətainin “Bahariyyə”sindəki poetik dünyaduyumunun yenidən təcəllasını təsbit edir. Bunu əsərin girişindəki təbiət təsvirində açıq-aydın görmək olur: “Qış girəndən Mazandaran meşələrinə hələ belə selləmə qar yağmamışdı.
Adamın iliyinə işləyən şaxta və soyuq külək də bu yerlər üçün qeyri-adi hal idi. Gündüz yağan yağış axşam qəfildən qara çevrildikcə şaxta qılınc kimi kəsməyə, ağacların budaqlarından sısqa buzlar sallanmağa başlamışdı. Sanki vilayətdəki toy ab-havasını təbiət də duymuş və o da bu toya bir naxış vursun deyə ağacların budaqlarından bəyaz sırsıra “sırğalar” asmışdı. Güclü külək şam ağaclarının arasından keçib, buz “sırğaları” budaqlarla birlikdə tərpədikcə elə bil qədim dünyanın sirli musiqi alətləri işə düşür, hansısa çox köhnə bir mahnının havası səslənirdi. Təbiət həm də sanki meşəyə laylay çalır, ağaclar qarın və buzun ağırlığından az qala yerə dəyən budaqları ilə sanki büzüşür və dərin yuxuya gedirdilər. Arada bir meşənin qorxunc dərinliklərindən vəhşi heyvan və quş səsləri gəlirdi. Amma bu səslərin qarın və şaxtanın gətirdiyi ağappaq gözəlliyin ahəngini pozmurdu... Səhərə yaxın çoban iti qoyun sürüsünü qovan kimi, güclü külək də buludları qovub apardı, yerini açıq səmadan şəfəqləri süzülən günəşə verdi. Günəş şəfəqləri səhərə qədər yağan ağappaq qarın üstünə düşdükcə hər yan bərq vurur, yerə zər səpilibmiş kimi parıldayırdı. Bəzi yerlərdə xəfif küləyin ətrafa səpdiyi qar tozanağı ulduzlar kimi sayrışırdı”. Bu təbiət lövhəsinin tərənnümündəki poetiklyin keyfiyyət göstəricisi yalnız klassik poeziyanın ritm ənənəsi, onun ahəngi ilə, dastanlarımızın, o cümlədən “Kitabi-Dədəm Qorqud”un ritorikası ilə məhdudlaşmır, romanda müasir Azərbaycan şeirinin sərbəst vəznində ifadə olunan predikativliyin də izləri yazıçının “tərzi-üsuli-bəyanında” (A.Səhhət), məlumatlandırma, bilgiləndirmə, xəbərləmə miqyasında ifadə olunur.
Digər nümunələrə baxmadan elə buradakı “hələ belə selləmə qar yğmamışdı”, “bu yerlər üçün qeyri-adi hal idi”, “sısqa buzlar sallanmağa başlamışdı”, “bəyaz sırsıra “sırğalar” asmışdı”, “köhnə bir mahnının havası səslənirdi”, “büzüşür və dərin yuxuya gedirdilər”, “ağappaq gözəlliyin ahəngini pozurdu” və sair bu kimi deyimlərə linqvopoetik araşdırma prinsipləri ilə yanaşmaq kifayətdir ki, Yunus Oğuzun nəsrindəki poetik dərkin hüdudları, keyfiyyət özəlliyi barədə aydın qənaət söyləyəsən.
Yunus Oğuzun romanındakı tarix sovet dövrü nəsrində əksərən olduğu kimi siyasi “bəzək” vurulmuş tarix deyil. Bu gerçək həyat və yaşam şərtləri ilə yazılan və insan psixologiyası, onun arzuları, həsrəti, daxili gərginliyi və iztirablarının rəngarəngliyi ilə süslənən, yazıçı təxəyyülünün gücü ilə tarixin gerçək üzünü əks etdirən bir sənət nümunəsidir.
Nəhayət, Yunus Oğuz bu romanıyla oxucusuna anladır ki, tarix bizdən kənarda deyil, biz tarixin içində, o isə bizdən içəri, bizim içimizdədir. Hər zaman tarixin bizdən uzaq və yaxındakı dərinliklərinin fərqində olmalı, onun mübhəmliklərini – gizlinlərini başqalarına da anlatmağı bacarmalıyıq.

Bu xəbər oxucular tərəfindən 1008 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |