Şrift:
Azərbaycanın "Optika-Mexanika" İB ilə Türkiyənin "ASELSAN" şirkəti memorandum imzalayacaqlar
13.09.2014 [00:29] - Gündəm, Türk dünyası-Turan
Müdafiə sənayesi naziri Yavər Camalov birinci Azəbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX-2014” sərgisi çərçivəsində Türkiyənin “ASELSAN” şirkətinin İdarə Heyətinin sədri Hasan Canpolatın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) rəsmi saytı məlumat verir ki, görüşdə nazirliklə “ASELSAN” şirkəti arasında mövcud olan əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələrlər müzakirə edilib.
Görüşün sonunda MSN-in “Optika-Mexanika” İstehsalat Birliyi ilə “ASELSAN” şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmasına dair razılıq əldə olunub.
Bu xəbər oxucular tərəfindən 1173 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed