Şrift:
Haqqın dərgahını uca tutan şəxsiyyət
13.09.2014 [10:36] - Xəbərlər, Mədəniyyət
Öten gün jurnalist, keçmiş mətbuat və informasiya naziri, Azərbaycan xalq hərəkatının fəallarından olmuş Sirus Təbrizlinin xatirəsinə həsr edilmiş gecə keçirilib.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, Sirus Təbrizlinin yaxınları və dostları və digər qonaqlar iştirak edib.

Tədbirdə Sirus Təbrizlinin dostları və yaxınları, keçmiş silahdaşları çıxış edərək onun fəaliyyəti haqqında ətraflı söhbət açıblar. Çıxışçılar qeyd edib ki, Sirus Təbrzli vətənini, millətini sevən bir insan, Azərbaycan xalq hərəkatının ən cəsarətli və fəal nümayəndələrindən biri idi. Onlar qeyd ediblər ki, Siruz Təbrizli hələ sovet dönəmində demokrat olub, müstəqil Azərbaycan uğrunda müabrizə aparıb.

Siruz Təbrizli heç nədən qorxmayaraq və çəkinməyərək daim həqiqəti deməyi bacaran insan idi. Bildirilib ki, mətbuat və informasiya naziri işləyərkən Sirus Təbrizlinin müstəqil Azərbaycan jurnalistikasının formalaşmasında əvəzsiz xidmətləri olub.
Daha sonra Siruz Təbrizli haqqında, o cümlədən onun jurnalist işlədiyi illəri, Azərbaycan xalq hərəkatında çıxışları əks etdirən sənədli film nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed