13.09.2014 [11:58] - Gündəm, Hərb
Baş nazir Artur Rəsizadə Bakıda keçirilən ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisini ziyarət edib.
Baş nazir əvvəlcə Müdafiə Sənayesi Nazirliyinin stendi ilə tanış olub, ona Azərbaycanda istehsal olunan silah və texnikalar haqda məlumat verilib.
Daha sonra A. Rəsizadə Türkiyə, Ukrayna, Polşa, İsrail, Belarus və digər ölkələrin stendlərinə baş çəkib, yeniliklərlə maraqlanıb.
Ziyarət zamanı A. Rəsizadə Azərbaycan şirkətlərinin stendləri ilə də yaxından tanış olub, Müdafiə Sənayesi Nazirliyinə müvafiq tapşırıqlarını verib.
Sərgidə A. Rəsizadəni müdafiə sənayesi naziri Yavər Camalov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev müşayiət edib.

Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |