14.09.2014 [11:45] - Gündəm, Bildiriş
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, sentyabrın 15-də ali və orta məktəblərdə 2014-2015-cü tədris ilinin başlanması ilə əlaqədar həm yollarda, xüsusilə də paytaxt Bakının küçələrində nəqliyyatın hərəkət intensivliyinin daha da artacağı gözlənilir. Azərbaycan yol polisi tövsiyə edir ki, valideynlər avtomobillərini məktəbyanı ərazilərdə, yolun hərəkət hissəsində, qadağan olunmuş yerlərdə saxlamasınlar. Onların bu əməli nəqliyyatın hərəkətinə maneələrin və son nəticədə isə yersiz tıxacların yaranmasına səbəb olur.
Məlumata görə, təhsil müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan sürücülərə qarşı sərt cəza tədbirləri görüləcək.
Məlumatda qeyd edilib ki, ali və orta təshil müəssilərinin ətrafında hərəkət intensivliyi olan ərazilərdə müayinə aparılıb və aşkar edilən çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılıb.
Qeyd edək ki, Azərbaycanda yeni dərs ili sentyabrın 15-də başlayacaq.

Bu xəbər oxucular tərəfindən 1159 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |