14.09.2014 [11:49] - Gündəm, Hərb
Ukrayna ordusu Donetsk vilayətinin İlovaysk şəhəri yaxınlığında gedən döyüşlərdə 107 hərbçi itirib.
“İTAR-TASS”ın verdiyi xəbərə görə, bu barədə Ukrayna müdafiə naziri Valeri Geletey yerli “Pyatıy kanal” telekanalına müsahibəsində bildirib.
“Güman ki, cəsədlərin tanınması davam edəcək, lakin bu günə olan rəqəm 107-dir. Biz ən yaxşı vətənpərvərlərimizi itirdik”, deyə o bildirib.
Xatırladaq ki, avqustun sonunda Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyasının və könüllülərin bir neçə batalyonu İlovaysk yaxınlığında mühasirəyə düşüb. Baş prokuror Vitali Yarema sentyabrın 10-da o zaman azı 200 nəfərin həlak olduğunu bildirib.
Həmin hadisələrin araşdırılması məqsədi ilə Ali Rada müvəqqəti istintaq komissiyası yaradıb.

Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |