15.09.2014 [10:12] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkili Fərəc Quliyev Moderator.az-a açıqlamasında Türkiyə və Azərbaycan tərəfindən keçirilən birgə hərbi təlimləri şərh edib:
“Bunu sadəcə Ermənistana verilən mesaj kimi dəyərləndirmirəm. Bu, bütün dünyaya mesajdır. Bu, o deməkdir ki, bölgədə barışı, sabitliyi təmin etmək üçün türk cümhuriyyətlərinə güvənmək lazımdır. Yəni bizim blok kimi əməkdaşlığımız heç kim üçün təhdid xarakteri daşımır. Biz kimsənin ərazisini işğal etmək niyyətində deyilik. Biz savaş yox, barış tərəfdarıyıq. Bunun üçün kifayət qədər gücümüz var. Bu, birinci mesajdır. Ikinci tərəfdən bu həm də onu göstərir ki, türk dövlətləri özlərini müdafiə etmək qüdrətinə malikdirlər. Yaxşı olar ki, onların haqqı tapdalanmasın. Üstəlik, Türkiyə və Azərbaycan arasında münasibətlər hərtərəfli inkişaf edir. Münasibətlər yalnız mədəni-iqtisadi sahələri deyil, həm də hərbi-siyasi sahələri də əhatə edir. Biz hərbi sənaye kompleksimizi də gücləndiririk. Müdafiəmizi birlikdə təmin etməkdə maraqlıyıq. “Dostumuz bir, düşmənimiz bir”r siyasətini artıq əməldə həyata keçiririk. “Zeyniyyətdə bir, dildə bir, əməldə bir” deyiminin üçünü də həyata keçiririk. Hesab edirəm ki, bundan sonra həm Ermənistan, həm də onu müdafiə edənlər öz fəaliyyətlərində müəyyən redaktələr etmək məcburiyyətində qalacaqlar”.
Seymur Əliyev

Bu xəbər oxucular tərəfindən 1443 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |