21.12.2011 [14:28] - Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib ki, xalqın milli mənəviyyatının araşdırılmasında folklorun əhəmiyyəti mühümdür: “Folklorşünaslar hər bir xalqın tarixində silinməz rol oynayırlar. Bu, elə bir roldur ki, onun dəyəri illər, əsrlər keçəndən sonra meydana çıxır”.
Folklor İnstitutunun direktoru Muxtar İmanov isə qeyd edib ki, mədəni inteqrasiya və qloballaşma Azərbaycan folklorunun daha geniş müstəviyə çıxarılmasını zərurətə çevirib. Konfransda Azərbaycan folklor nümunələrinin Avropa və dünya xalqlarının folklor nümunələri ilə müqayisəli şəkildə öyrənilməsi, birgə tədqiqatların aparılması və əməkdaşlıq məsələləri müzakirə ediləcək. M. İmanov deyib ki, sovet dövründə Azərbaycan folklorunun saxtalaşdırmağa meyllər olub. Lakin folkloru saxtalaşdırma meylləri illər öncə Avropada da müşahidə edilib: “Zaman keçdikcə Avropa bu zərərli vərdişin ziyanını gördü və ondan əl çəkdi. Hazırda Avropada və Amerikada folklor nümunələrinin toplanılmasında elə bir istiqamət başlayıb ki, buna yalnız həsəd aparmaq olar. Azərbaycan folklorşünaslarının da öhdəsinə Avropa standartlarından istifadə etməklə folklor mətnlərinin yenidən sistemləşdirilməsini, toplanılmasını və tədqiqini təşkil etmək düşür”.

Bu xəbər oxucular tərəfindən 2244 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |