15.09.2014 [12:06] - Gündəm, Sosial
Gəncə şəhərində Azərbaycan Respublikası hökumətinin Almaniyanın KfW Bankı və İsveçrənin SECO təşkilatı ilə birgə malliyyələşdirdiyi “Açıq Kommunal İnfrastuktur Proqramı” layihəsi çərçivəsində inşa edilmiş Göygöl-Gəncə magistral su xəttinin açılışı olub.
Açılış mərasimində Azərbaycan Respublikasının Baş nazirinin müavini Abid Şərifov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,Almaniya Federativ Respublikası Parlamentinin İqtisadiyyat və energetika komissiyasının sədri Peter Ramsauer,İqtisadi əməkdaşlıq komissiyasının sədri Dagmar Vöhrl, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel, Almaniya KfW Bankının ölkə direktoru David Betolaza və bankın nümayəndələri, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Baş nazirin müavini Abid Şərifov çıxış edərək, Azərbaycanda həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının prioritet məqsədlərdən olduğunu bildirib.O,dövlət başçısının tapşırıqlarına uyğun olaraq, 38 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələrinin icra edildiyini diqqətə çatdırıb, bu sahədə beynəlxalq maliyyə qurumları,o cümlədən Almaniya İnkişaf Bankı ilə uğurlu əməkdaşlığı yüksək qiymətləndirib: “Azərbaycan hökuməti 1994-cü ildən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu müddətdə bank tərəfindən müxtəlif layihələrə 241,4 milyon avro kredit ayrılıb.
Bu vəsaitlər iqtisadiyyatın müxtəlif sahələrinə,o cümlədən su təchizatı və kanalizasiya sektoruna ayrılıb.Hazırda 250 milyon avro məbləğində əlavə kreditlərin ayrılması üzrə danışıqlar davam etdirilir”.
Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin içməli su təchizatının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə şəhər sakinləri adından Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib və bu layihənin şəhərin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.
Almaniya Federativ Respublikası Parlamentinin İqtisadi əməkdaşlıq komissiyasının sədri Dagmar Vöhrl iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini,Almaniyanın bundan sonra da, infrastruktur layihələrinin icrasında yaxından iştirak edəcəyini bildirib.
“Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Gəncə şəhərində istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihə barədə ətraflı məlumat verib: “Layihəyə uyğun olaraq, Göygöl mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan drenaj sistemi bərpa edilib, həcmi 4000 kubmetr olan 1 ədəd su anbarı inşa edilib və mənbədən şəhərə qədər 500 mm diametrli borularla 24,5 km uzunluğunda magistral kəmər çəkilib.Yaxın bir neçə ildə Gəncə kimi böyük bir bir şəhərin içməli su və kanalizasiya problemləri tamamilə həll ediləcək”.
Qeyd edək ki,Almaniya İnkişaf Bankı, İsveçrənin SECO təşkilatı və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.
Layihəyə uyğun olaraq, Gəncə şəhərində tikinti-quraşdırma işlərinə 2011-ci ilin sentyabr ayında başlanıb.Birinci mərhələdə su mənbələrinin bərpası və magistral su xətlərinin çəkilişi nəzərdə tutulub.Gəncə şəhərinin relyefi və perspektiv inkişafı,həmçinin əhalinin tələbatı nəzərə alınaraq müxtəlif mənbələrdən suyun gətirilməsi məqsədəuyğun hesab edilib.Bu məqsədlə, şəhəri içməli su ilə təmin edəcək 3 su mənbəyi-Göygöl və Qızılqaya drenaj sistemləri, Şəmkirçay su anbarı seçilib.
Layihənin birinci mərhələsi çərçivəsində Göygöl su mənbəyi ilə yanaşı,Qızılqaya su mənbəyində də bərpa işləri işləri həyata keçirilib, 1 ədəd 2000 kubmetrlik su anbarı tikilib, 9,5 kilometr anbarlararası su xətləri çəkilib. Ümumi həcmi 10 min kubmetr olan 2 ədəd yeni su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.
Gəncə şəhərinin içməli su təlabatının təxminən 60 faizi Şəmkirçay su anbarından təmin ediləcək. Anbardan götürüləcək su 27,5 kilometr uzunluğunda magistral kəmərlə Qızılqaya ərazisində inşa edilən və sutkalıq məhsuldarlığl 17 min kubmetr olan sutəmizləyici qurğuya ötürüləcək.Hazırda magistral su kəmərinin inşası davam etdirilir.
Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə paralel olaraq, Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanıb. Layihəyə əsasən,şəhərdə 576 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq.Artıq içməli su xəttinin 42 kilometrlik hissəsi tikilərək 644 ünvana birləşmə verilib. Eyni zamanda, 119 binada 7000 abunəçi ön smart-kart sayğaclarla təmin olunub, şəhərin müxtəlif küçə və məhəllələrində 67 ədəd yanğın hidrantı quraşdırılıb.
Şəhərdə tikintisi nəzərdə tutulan 582 kilometr uzunluğunda kanalizasiya xəttinin 43 kilometrlik hissəsində işlər başa çatdırılıb, 2021 baxış quyusu tikilib. Tullantı sularının təmizləyici qurğuya özüaxımlı rejimdə ötürülməsi üçün 45 kilometr uzunluğunda kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur. Gələcəkdə Gəncə şəhərində yaranacaq tullantı suları yeni tikiləcək çirkab təmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcək.
Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, 450 min nəfər faydalanacaq.

Bu xəbər oxucular tərəfindən 1125 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |