15.09.2014 [12:22] - Gündəm, Türk dünyası-Turan
Tacikistanın şimalındakı Xucənd şəhərində yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb. Bu barədə İTAR-TASSxəbər yayıb.
Partlayış yanacaqdoldurma məntəqəsində aparılan montaj işləri zamanı baş verib. İstintaq araşdırmalarına görə, hadisəyə səbəb qaynaq işləri zamanı təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulması olub.
Bəzi məlumatlara görə, beton konstruksiyalar altında daha bir nəfər qalıb, xilasetmə işləri aparılır. Tacikistan DİN baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırıb.

Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |