21.12.2011 [14:36] - Gündəm
İRANDA 101 JURNALİSTİN BƏYANATI YAYILIB
İranda 101 jurnalist birgə bəyanat yayaraq məhbus jurnalist Həsən Fəthinin azadlığa buraxılmasını tələb edib.
Həsən Fəthi bu il noyabrın 12-də BBC-yə “Sepah”ın hərbi sursat anbarında baş verən partlayışla bağlı müsahibə verdikdən dərhal sonra tutulub.
Məlumata görə, bəyanatda deyilir: “Jurnalistin konkret nəyə görə həbsə salınması haqda məlumat yayılmır. Təkcə bunu deyirlər ki, onu başqalarının ibrət alması üçün dama salıblar. Həsən Fəthinin yeganə günahı düşündüyünü dilə gətirməsidir.
Təəssüflər olsun ki, bəziləri ölkəmizdə düşünməyi böyük günah sayır, zindanları fikir adamları və alimlərlə doldururlar. Hesab edirik ki, jurnalisti həbsə salmaq böyük qəbahətdir, Bu hərəkət ölkəyə, onun hökmdarlarına biabırçılıqdan başqa bir şey gətirməyəcək. İranlılara yaraşmaz ki, onların vətəni dünyada jurnalistlərin ən böyük həbsxanasına çevrilsin. Biz ədalət tərəfdarı olan jurnalistlər olaraq müstəqil jurnalist Həsən Fəthinin dərhal azadlığa buraxılmasını tələb edirik”.
Fars Körfəzi ölkələri İrana xəbərdarlıq edib
Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurası İrana bu quruma üzv ölkələrin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib. dekabrın 20-də Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində toplanan 6 ərəb ölkəsi bəyanat yayaraq Tehrandan bu siyasətinə son qoymasını tələb ediblər. Eyni zamanda onlar İranı məzhəblər arasında nifaq salmamağa da çağırıblar.
Qeyd edək ki, Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasına Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliyi və Oman daxildir.
ABŞ İRANDA TUTULAN VƏTƏNDAŞININ DƏRHAL AZADLIĞA BURAXILMASINI TƏLƏB EDİB
ABŞ hökuməti bəyanat yayaraq İranda casusluq ittihamı ilə tutulan İran əsilli vətəndaşı Əmir Mirzə Hikmətinin dərhal azadlığa buraxılmasını tələb edib.
İran mediası dekabrın 17-də Əmir Mirzə Hikmətinin tutulması ilə bağlı məlumat yayıb. Dekabrın 18-də isə İran dövlət televiziyası həmin şəxsin casus olması ilə bağlı etiraflarını əks etdirən bir videolent yayıb.
dekabrın 19-da jurnalistlərə açıqlama verən Ağ evin sözçüsü Viktoriya Noland ABŞ vətəndaşına irəli sürülən casusluq ittihamını rədd edib: “Biz İran hökumətindən İranda mənafeyimizi qoruyan İsveçrə səfirliyinin Əmir Mirzə Hikməti ilə yaxından görüşüb danışmasına icazə verməsini və onun dərhal azadlığa buraxılmasını tələb edirik”.
Əmir Mirzə Hikmətini ABŞ kəşfiyyatına işləməkdə günahlandıran İran dövlət televiziyası bildirib ki, o, İran Kəşfiyyat Nazirliyinə (ETTELAAT) nüfuz etmək və İran rəsmilərinə səhv məlumatlar vermək üçün Əfqanıstandan İrana gələndən sonra tutulub.
Əmir Mirzə Hikmətinin ABŞ-da yaşayan atası Əli Hikmət isə dekabrın 19-da jurnalistlərə açıqlamasında oğluna qarşı irəli sürülən casusluq ittihamını rədd edib: “Oğlum heç vaxt ABŞ kəşfiyyatına işləməyib. O, əvvəllər ABŞ dənizçiləri arasında ərəb dili tərcüməçisi işləyib və 4 ay əvvəl sadəcə olaraq nənəsini görmək üçün İrana səfər edib. Oğlum casus deyil. Onun haqqında deyilənlərin hamısı ağ yalandır”.
6 nəfər “Traxtur” takımı tərəfdarının məhkəmə iclası keçirilib
“Traxtur-Saypa” takımları arasında keçirilən futbol müsabiqəsi zamanı tutuqlanan 6 nəfər soydaşımızın məhkəmə iclası keçirilib.
Dekabrın 20-də (azərin 29-da) keçirilən məhkəmə iclasına hakim İslami sədrlik edib.Həsən İbrahimi, Qurban Şəmsara, Vəhid Xeyri, Behnam Sasani, Fərzad Kazimi və Seyid Əli Rəzəvi ümumi asayişi pozmaqda ittiham olunublar.Xatırladaq ki, adını çəkdiyimiz soydaşlarımız yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüblər.
BMT İranla bağlı növbəti qətnamə qəbul edib
Sənədə BMT-nın ((Birləşmiş Millətlər Təşkilatının) 193 üzvündən 89-u səs verib.
BMT Baş Assambleyası (Birləşmiş Millətlər Təşkilatının Gənəl Qurumu) İranla bağlı növbəti qətnamə qəbul edib. Sənədə BMT-nın 193 üzvündən 89-u səs verib. Kanada hökuməti tərəfindən təklif edilən və 42 ölkənin imzaladığı qətnamənin əleyhinə 30 ölkə səs verib, 64 üzv isə bitərəf qalıb.
Sənəddə İranda insan haqlarının pozulmasından narahatlıq ifadə olunur, yerli hökumətin öz vətəndaşlarına qarşı zorakılığı və qeyri-insani cəza üsullarından (bədən üzvünü kəsmək, şallaq vurmaq, döymək) istifadə etməsi pislənir. İranda bu il edamların artmasından ciddi narahatlıq ifadə olunan qətnamədə insan haqları ilə bağlı 12 maddənin pozulduğu bildirilir. Bu sıraya söz, əqidə, sərbəst toplaşmaq, etnik və dini azlıqların azadlıqlarının məhdudlaşdırılması, qadınlara qarşı ayrı-seçkilik və s. aid edilir.
Dini liderin qardaşı Hadi Xamneyi ölkə vəziyyətindən narazıdır
İranın ali dini lideri, Seyid Əli Xamneyinin islahat tərəfdarı olan qardaşı, keçmiş deputat (millət vəkili), Mübariz Ruhanilər Qurumunun üzvü Hadi Xamneyi ölkədəki vəziyyətdən ciddi narahat olduğunu bildirib.
H.Xamneyi deyib ki, ölkədə hərc-mərclik baş alıb gedir: “Bugünkü vəziyyət məni ciddi narahat edir. Hazırda kimin nə etdiyi bəlli deyil”. O, son aylar İranda ciddi müzakirə mövzularından birinə çevrilərək prezidentlik institutunun ləğv edilərək baş nazir postu ilə əvəzlənməsi məsələsinə də toxunub: “Ölkə Konstitusiyasına (anayasa) nəzərdə tutulan bu dəyişiklik ali dini liderin səlahiyyətlərinin məhdudlaşdırılmasına deyil, daha da artmasına gətirib çıxaracaq. Ona görə də mən bunun əleyhinəyəm. Konstitusiyaya hansısa bir dəyişiklik xalqın istəyilə həyata keçirilmirsə, onun heç bir mənası yoxdur”. H.Xamneyi bildirib ki, inqilabın ilk illərində ölkəni baş nazir idarə edirdi və prezidentin nazirlərə əmr vermək səlahiyyəti yox idi: “Həmin vaxt İranın prezidenti olan Seyid Əli Xamneyi ölkənin daxili işlər naziri Əliəkbər Möhtəşəmipura məktub yazır və ona bir sıra tapşırıqlar verib. Ancaq nazir prezidentə cavabında baş nazirə tabe olduğunu və tapşırıqları yerinə yetirmək üçün ondan icazə alınmasını xahiş edib”. Qeyd edək ki, məhz islahat yönümlü baxışlarına görə H.Xamneyiyə məxsus iki qəzet - “Cahane İslam” və “Hayate no” hökumət tərəfindən qapadılıb.

Bu xəbər oxucular tərəfindən 1679 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |