21.12.2011 [14:56] - Xəbərlər
Bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycanla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında müqavilə imzalanıb.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. Müqavilə sterilizasiya qurğusunun Azərbaycana verilməsi üzrə imzalanıb. Sterilizasiya qurğusu ilə bağlı AEBA-nın elan etdiyi tenderi Macarıstanın İzotop İnstitutu udub.
Müqavilə AEBA, Macarıstanın İzotop İnstitutu və AMEA arasında imzalanıb. Sənədi Azərbaycan tərəfdən AMEA prezidenti Mahmud Kərimov imzalayıb.
“Müqaviləyə əsasən, bir il müddətində sözügedən institut sterilizasiya qurğusunu Azərbaycana təqdim edəcək. Azərbaycan tərəfi isə öz növbəsində izotopların gücünü artırmaq üçün əlavə vəsait ödəyib. Artıq həmin vəsait Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabına köçürülüb. Biz bu işi müvəffəqiyyətlə yerinə yetirməyə başlaya bilərik”, - deyə A. Qəribov bildirib.
A. Qəribov deyib ki, qurğu Azərbaycana gələn il gətiriləcək. O vaxta qədər isə Azərbaycanda sterilizasiya qurğusu üçün bina tikiləcək.
Binanın tikilməsinə gələn ilin yanvarında başlanacaq.

Bu xəbər oxucular tərəfindən 1427 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |