Şrift:
Baku Steel Company-də partlayış olub, ölən və yaralananlar var
16.09.2014 [13:01] - Xəbərlər, Hadisə
“Baku Steel Company”də partlayış olub.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə sentyabrın 15-də saat 18 radələrində qeydə alınıb. Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.

Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed