16.09.2014 [14:38] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fərəc Quliyev “Qafqazinfo”ya açıqlamasında bu haqda məlumat verib.
F.Quliyev bildirib ki, həm də hərbi qulluqçularla bağlı mövcud qanuna dəyişikliklər nəzərdə tutulur: “Ümumiyyətlə, bu qanunda çoxlu dəyişikliklərə ehtiyac var idi. Buna görə də yeni qanun layihəsi hazırlamaq təklif olundu. Artıq layihə deputatlara təqdim edilib. Payız sessiyasında yeni qanun layihəsi qəbul ediləcək”.
Deputat qeyd edib ki, yeni qanunda ordunun daha çevik və mobil olması, NATO standartlarına uyğunlaşdırılması və hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması öz əksini tapacaq: “Ordunun silahlanması, təlimi, hərbçilərin xidmət dövründəki və xidməti bitirdikdən sonrakı sosial vəziyyəti, hüquqları, ümumiyyətlə hərbçilərlə bağlı hər şey qanunda nəzərdə tutulacaq”.
F.Quliyev bildirib ki, hazırda ekspertlər, Müdafiə Nazirliyi və Milli Məclis qanun üzərində işləyir.
Murad Əhməd

Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |