18.09.2014 [00:13] - Gündəm, Hüquq
Jurnalist Tapdıq Fərhadoğlunun döyülərək xəsarət alması ilə bağlı Yasamal rayon prokurorluğuna etdiyi müraciət üzrə araşdırmanın qeyri-obyektiv aparılması barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məqalədə göstərilənlərlə əlaqədar araşdırma Baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Müraciətdə qeyd edilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi barədə göstəriş verilib.
Xatırladaq ki, fevralın 20-də Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəhbəri Mahir Höcətovun tələbələrin etiraz aksiyasını çəkən jurnalist T.Fərhadoğlunun kürəyinə və başına arxadan bir neçə təpik və yumruq vurduğu iddia edilir.

Bu xəbər oxucular tərəfindən 1039 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |