18.09.2014 [00:15] - Xəbərlər, Sosial
"Ukraynada yaşayan azərbaycanlılar, Ukrayna vətəndaşı olan Azərbaycan diasporunun nümayəndələri hamılıqla bu ölkənin ərazi bütövlüyünü dəstəkləyiblər".
Bunu Ukraynanın müstəqilliyinin 23-cü ildönümü münasibəti ilə Bakıda keçirilən tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
Səfir qeyd edib ki, Ukraynadakı hadisələr zamanı Azərbaycan diasporunun Ukrayna dövlətçiliyini dəstəkləməsi böyük əhəmiyyət daşıyır: “Biz çətin zamanlarımızda həm Azərbaycan hökumətinin, həm də sadə azərbaycanlıların dəstəyini, dostluğunu hiss etmişik. Ukraynanın problemini ən yaxşı anlayan və bacardığı qədər dəstək göstərən ölkələrdən biri də Azərbaycandır. Ukraynada Azərbaycan əsilli vətəndaşlarımızın Krımda və Donbas bölgəsində baş verənlərə münasibəti birmənalı oldu. Dövlət bu münasibəti yüksək qiymətləndirir. Bunu heç vaxt unutmayacağıq. Burda da Azərbaycan vətəndaşlarının Ukraynada baş verənlərlə maraqlandığını və çox şeydən məlumatlı olduğunu görürəm”.
A. Mişenko əlavə edib ki, Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşı olan Ukrayna icması nümayəndələrinin də böyük əksəriyyəti bəyanatla çıxış edərək, öz ölkələrinə dəstək nümayiş etdiriblər: “Ukraynanı sevən insanlar onun ərazi bütövlüyünə də hörmətlə yanaşmalıdır. Təəssüf ki, Ukrayna icmasının bəzi nümayəndələri baş verənlərin tərəfdarı kimi çıxış etdilər. Onlar bu gün yanımızda yoxdur və olmayacaqlar”.

Bu xəbər oxucular tərəfindən 847 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |