19.09.2014 [01:23] - Güney Azərbaycan xəbərləri, Qərbi Azərbaycan-İrəvan
Qərbi Azərbaycan Türk ziyalılarından zəkalı alim və elmdə yenilikçiliyi ilə fərqlənənlərdən biri də Niftalı Mehralı oğlu Qocayevdir. Xalq arasında hörmət və ehtiramla qarşılanan Niftalı müəllim haqqında Eldar İsmayıl “OĞUZ YURDUN ÖVLADLARI” kitabında bioqrafik yazı vermişdir. Həmin bioqrqfik yazını bir daha təqdim edirik.
Niftalı müəllim 1936-cı il oktyabr ayının 18-də Karvansaray(indiki İcevan) rayonunun Göyərçin kəndində anadan olmuşdur. Orta təhsilini Gölkənddə bitirməklə qızıl medal almışdır. 1953-cü ildə ADU-nun fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olmuşdur. 1958-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra 1959-cu ildə SSRİ EA-nın Leninqrad Yüksəkmolekullu Birləşmələr İnstitutuna ezam olunmuşdur. Akademik M. V. Volkenşteynin rəhbərliyilə Molekulyar Biofizika üzrə namizədlik dissertasiyasını müdafiə edərək ilk Türk biofizik alim olmuşdur.
1961-ci ildə aspiranturanı bitirərək yenidən doğma universitetə qayıdan gənc alim məzunu olduğu Molekulyar fizika kafedrasına müəllim vəzifəsinə işə götürülmüş və məhsuldar əməyi nəticəsində həmin kafedranın professoru və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.
N. Qocayevin təşkilatçılıq təşəbbüsü ilə ilk dəfə olaraq 1967-ci ildə Qafqaz regionunu və Rusiyanın bir çox vilayətlərini əhatə edən “Ali məktəb müəllimlərinin ixtisasartırma fakültəsi” yaradılmış və o bu fakültənin ilk dekanı olmuşdur. 1969-84-cü illərdə “Optika və Molekulyar fizika” kafedrasına rəhbərlik etmiş, 1980-ci ildə keçmiş SSRİ Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsi Kollegiyasının tövsiyəsilə “Molekulyar Biofizika Problem Labaratoriyası”na müdir təyin olunmuşdur.
“Astranomiya və fizika” üzrə metodik şuranın sədr müavini vəzifəsində çalışarkən ensklopediya üçün 100-dən artıq məqalələr yazmışdır. “Bilik” cəmiyyəti xətti ilə oxuduğu çoxlu sayda mühazirələrlə yanaşı “Optik Kvant Generator” ,”Holoqrafiya”, “Qeyri-xətti optika və bunun bəzi məsələləri” kitabçalarını yazaraq geniş oxucu kütləsinə təqdim etmişdir. “Bilik” cəmiyyətinin “Fizika-riyaziyyat və astranomiya” üzrə elmi-metodik şurasının və dissertasiya müdafiəsi üzrə 2 elmi şuranın üzvü olmuşdur.
Azərbaycanda elmin inkişafı və elmi kadrların yetişdirilməsində professor N. Ocayevin xüsusi xidmətləri vardır. O, əsasən Amerika, Avropa və Risiyanın elmi jurnallarında çap olunmuş 300-dən şox elmi məqalənin, Türkiyədə və dünyanın başqa ölkələrində çap olunmuş çoxsaylı monoqrafiyaların müəllifidir. Müxtəlif ölkələrdə çağırılmış Beynəlxalq Elmi konfranslarda 35 məruzə və 10 plenar məruzələrlə çıxışlar etmişdir.
Professor N. Qocayev 17 elmlər namizədi yetirmişdir. Bunlardan 4 nəfəri İraq, Misir Ərəb Respublikası və Türkiyə vətəndaşlarıdır. Ali məktəb tələbələri üçün dərslik və dərs vəsaitləri yazmaq işində professorun xüsusi xidmətləri vardır. O, ali məktəb tələbələri üçün nəzərdə tutulmuş 7 dərslik və dərs vəsaiti hazırlamışdır.
1992-1993- cü tədris ilində Ərzurumdakı Atatürk universitesinin dəvətilə bu univerisitenin fizika bölümündə, 1993-97-ci illərdə isə İstanbul universitesinin fizika bölümündə işləmişdir. Nyu-york Elmlər Akademiyasının və Anferican Assotation of Sciens cəmiyyətinin üzvü olmuş dünya şöhrətli Türk alimi N. Qocayev ilə daim qürur duyuruq.
Niftalı Göyçəli: davam.az tel: 055 850 78 64

Bu xəbər oxucular tərəfindən 2380 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |