Şrift:
“Kommersant”: Erməni soyqırımını inkara görə cəzanı nəzərdə tutan qanunun qəbulu Fransaya baha başa gələcək
21.12.2011 [16:07] - Gündəm
“Erməni soyqırımını inkara görə cəzanı nəzərdə tutan qanunun qəbulu Fransaya baha başa gələcək”.

Bu barədə Rusiyanın nüfuzlu “Kommersant” qəzetində dərc olunmuş məqalədə deyilir.

Məqalədə bildirilir ki, buna cavab qismində Türkiyənin hazırladığı iqtisadi sanksiyalar paketi Fransaya təsirsiz ötüşməyəcək. “İki ölkə arasında əmtəə dövriyyəsi 11,5 milyard avro təşkil edir. Ekspertlər Türkiyəyə yatırılmış fransız sərmayələrinin həcmini 6,5 milyard avro miqdarında dəyərləndirirlər. Türkiyədə minə yaxın fransız şirkəti çalışır.

Bundan başqa, “Airbus” şirkəti 2023-cü ilə kimi aviaparkını tam yeniləməyi hədəfləyən Türkiyənin “Türk Hava Yollarına” sərnişin təyyarələrin satışına dair sazişdən məhrum ola bilər. Fransanın “Areva” şirkətinin isə Sinop əyalətində AES-in tikintisinə dair 15 milyard avroluq tenderdən qalib çıxmaq şansları azalacaq”, - deyə məqalədə vurğulanır.

Qəzet onu da yazır ki, iqtisadi sanksiyalarla yanaşı, Ankaranın Parislə diplomatik münasibətlərini də zəiflədəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 969 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed