26.09.2011 [23:10] - Gündəm
2011-ci ilin əvvəlindən indiyədək dünyada vəzifə borcunu yerinə yetirərkən 82 jurnalist öldürülüb. İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bunu Tayvanda keçirilən media forumunda Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun direktoru Elison Makkenzi açıqlayıb. O bildirib ki, ötən müddətdə media nümayəndələri üçün ən təhlükəli yer Meksika olub. Cari ildə Meksikada narkomafiyanın fəaliyyətini araşdıran azı 10 jurnalist qətlə yetirilib. İraqda 8, Pakistanda isə 6 KİV əməkdaşı həlak olub.
Bu xəbər oxucular tərəfindən 1128 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |