Şrift:
Fransalı deputat Bakıda keçirilən beynəlxalq konfransı yarımçıq tərk etməsinə aydınlıq gətirib
21.12.2011 [17:28] - Gündəm
“Mənim “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda Bakıda keçirilən konfransın gedişində zaldan çıxmağım Türkiyənin millət vəkili Mustafa Kabakçının çıxışı ilə bağlı deyil.

Azərbaycan prezidenti İlham Əliyevlə görüşə tələsdiyim üçün tədbiri yarımçıq tərk etmişəm. Həmin an kimin çıxış etməsindən asılı olmayaraq bu səbəbdən tədbirdən çıxmalı idim”. Bunu keçirdiyi mətbuat konfransında Fransa parlamentinin üzvü Raşida Dati deyib.

O, M. Kabakçıya heç bir hörmətsizlik etmədiyini və bu niyyətdə olmadığını da bildirib.

Qeyd edək ki, bu gün “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda konfrans keçirilib.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed