Şrift:
Azərbaycan şirkəti Rostov vilayətində inşaat qarışıqları zavodu tikəcək
23.09.2014 [00:02] - Gündəm, İqtisadiyyat
Azərbaycanın "Mətanət A" şirkəti Rusiyanın Rostov vilayətində quru inşaat qarışıqlarının istehsalı üzrə zavod tikəcək. Bu barədə Rostov vilayətinin İnvestisiya İnkişafı Agentliyi məlumat verir.
Bununla bağlı sazişi Rostov vilayətinin qubernatoru Vasili Qolubev və şirkətin prezidenti Elxan Bəşirov Soçidə XIII Beynəlxalq investisiya forumunda imzalayıblar.
2017-ci ildə istismara veriləcəyi planlaşdırılan zavodun tikintisinə 10 milyo avro vəsait qoyulacaq. Zavod Tarasov rayonunda 16,4 hektar ərazidə tikiləcək.
İnvestisiya İnkişafı Agentliyinin baş direktoru İqor Burakovun sözlərinə görə, şirkət hazırda Kamensk rayonunda kvarslı qum yatağının işlənməsi üçün lisenziya alır: "Həmin yataqda qazma işləri aparılıb, qum nümunələri götürülüb, onun keyfiyyəti səhmdarları razı salıb".
Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed