Şrift:
Azərbaycan və Türkmənistan energetika sahəsində qarşılıqlı əməkdaşlığın aspektlərini müzakirə ediblər
23.09.2014 [10:54] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və Azərbaycanın Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bazar ertəsi Aşqabadda görüşüblər.
Türkmənistanın Asır Altın telekanalının verdiyi məlumata görə, görüşün gedişatında strateji energetika sahəsində qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.
Telekanal qeyd edir ki, "böyük neft və qaz yataqlarıyla məşhur olan hər iki xəzəryanı dövlət bu sahənin inkişafına xüsusi diqqət ayırırlar".
"İri resurs və iqtisadi potensiala malik olan, iki qonşu ölkə bundan sonra da hüquq bərabərliyi və qarşılıqlı fayda prinsiplərinə əsasən ənənəvi əməkdaşlığı böyütmək niyyətindədir", - məlumatda deyilir.
Türkmənistan və Azərbaycan beynəlxalq arenada bir birinə maraq kəsb edən tərəfdaş, qlobal energetika təhlükəsizliyinin təminatı xüsusi yer tutan müasirliyin aktual problemlərinin həllinin optimal yollarının axtarışında səyləri birləşbirən bir ölkələrdir.
İxracat boru kəmərlərinin çox variantlı sisteminin yaradılması üzrə Türkmənistanın strategiyasının konstruktivliyi haqqında danışaraq, ARDNŞ-in prezidenti " qurulmuş məhsuldar işgüzar əlaqələrin möhkəmlənməsinə öz ölkəsinin dərin marağını ifadə edib, hansı kı bütün Xəzəryanı regionun möhkəm iqtisadi inkişafına imkan yaradacaq".
Türkmənistanın televiziyası qeyd edib ki, görüşün gedişatında Türkmənistanda həyata keçirilən genişmiqyaslı layihələr çərçivəsində əməkdaşlığın perspektivlərinin müzakirə olunub, həmçinin daxili, həm də xarici bazarda tələb olunan neft və qaz hasilatı və yanar-sürtkü materiallarının istehsalı sahəsi müzakirə olunub.
Qeyd etmək lazımdır ki, Türkmənistan və Azərbaycan Xəzər regionundan Avropaya enerjidaşıyıcısılarının nəqli üzrə alternativ marşrutlardan istifadəsində maraqlıdırlar.
Türkmənistanın karbohidrogen resursları Xəzər dənizi vasitəsilə Avropa istiqamətinə qoşula bilər - boru kəmərinin tikintisi nəticəsində - dənizin dibi ilə təxminən 300 kilometr Azərbaycanın sahilinə, oradan da yanacaq göndərilə bilər Türkiyəyə, hansı ki, Avropa ölkələriylə ümumi sərhədlərə malikdir.
Transxəzər qaz kəməri Cənub qaz dəhlizinin genişmiqyaslı layihələrinin hissəsi ola bilər. Rəsmi Aşqabad hesab edir ki, borunun Xəzərin dibi ilə uzadılması üçün, hansının ki, hüquqi statusu hələ müəyyən edilməyilib, layihəni əhatə edən tərəflərin (Türkmənistan və Azərbaycan) razılıqları kifayət edər.
Öz növbəsində, ARDNŞ-in nümayəndələri Azərbaycanın bu layihənin həyata keçirilməsi üçün öz ərazisini, tranzit imkanları və infrastrukturu təmin etmək razılığını ifadə ediblər.
Türkmənistanın rəhbərliyi bu layihənin ekoloji ekspertizasının keçirilməsinə öz hazırlığından dəfələrlə bildirib.
Bu xəbər oxucular tərəfindən 998 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed