Şrift:
Gürcüstanda daşqınlar hökmranlıq edir, əhali təxliyyə olunur
25.09.2014 [00:07] - Gündəm, Borçalı
Gürcüstanın qərbində baş verən daşqınlar səbəbindən əhalinin təxliyyəsinə başlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi Fövqəladə Hallar Departamentinin verdiyi məlumata görə, hazırda Ozurqeti rayonunun Şekvetili kəndində onlarla ailə artıq təxliyyə olunub. Suyun səviyyəsinin artması səbəbindən çaylar məcrasından çıxaraq bölgədəki bir neçə kəndi basıb.
Məlumata əsasən, bu gün səhər saatlarında Acarıstan sahillərində beş ballıq qasırğa qeydə alınıb. Təbii fəlakət Batuminin sahilyanı ərazilərinin su altında qalması təhlükəsi yaradıb.
Təbii fəlakətlə mübarizə üçün sentyabrın 23-dən xüsusi xilasetmə xidməti səfərbər olunub. Güclənən fırtına vəziyyəti çətinləşdirir.
Batuminin bəzi rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda suyun və elektrik enerjisinin verilişinin bərpası üzrə işlər aparılır.
Bu xəbər oxucular tərəfindən 1290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed