25.09.2014 [00:07] - Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Qərbi Azərbaycanda el arasında bilik və bacarığı ilə, daim haqq-ədalət tərəfini saxlaması ilə, etika-mədəniyyəti ilə, nümunəvi davranışı ilə, Türk kişilərinə xas şəxsiyyətilə sayılıb-seçilən ziyalılarımızdan biri də Abbasov Sadıx Həbib oğludur.
Abbasov Sadıx Həbib oğlu 01.05. 1922-ci ildə Zəhmət(Zəngibasar) qəsəbəsində anadan olmuşdur. İbtidai yeddillik təhsildən sonra İrəvan pedoqoji texnikumunu bitirərkən 1941-ci ildə hərbi xidmətə çağrılmış və müharibə dövründə Volqaqrad(Stalinqrad) cəbhəsində letinant rütbəsində hərbi döyüşlərdə iştirak etmişdir. Döyüşdə qolundan, qıçından qəlpə yaraları alarkən hərbi hospitalda az bir zaman müalicə olunaraq sonra yenidən cəbhəyə qatılmış və 1945-ci ilə kimi- muharibə qurtarana qədər zabit rütbəsilə hərbi əməliyyatlarda iştirak etmişdir.
Ordudan təxris olunduqdan sonra Gəncə hərbi komissarlığında şöbə rəisi işləmişdir və maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə Gəncə toxuculuq fabrikində master-usta vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. Həmin dövrdə qiyabi yolla təhsilini Gəncə Kənd Təsərrüfatı İnstitutunda davam etdirməklə baytar-zootexnik ixtisasına yiyələnmişdir. Gəncə həyatı zamanı Gəncə tibb texnikumunda təhsil alan Simuzər xanımla ailə həyatı qurmuşlar, dörd övlad böyütmüşlər və İrəvana qayıdıb doğma yurdlarında-Zəhmət qəsəbəsində məskunlaşaraq yaşamağa qərar vermişlər. Sadıx bəy Zəhmət kənd təsərrüfatında baş baytar təyin edilmişdir, Simuzər xanım isə qəsəbə tibb məntəqəsində tibb bacısı peşəsi üzrə işə qəbul olunmuşdur. Üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəldiyinə və səriştəli baytar-zootexnik fəaliyyətinə görə Abbasov Sadıx Həbib oğlunu təhsilini artırmaq məqsədilə respublika rəhbərliyi Temryazyov adına Moskva Kənd Təsərrüfatı Akademiyasına göndərmişdir. Həmin Ali məktəbi qiyabi yolla qurtarıb baytar-zootexnir elmi işçi dərəcəsi almaqla Sadıx bəy İrəvan kənd təsərrüfatı texnikumuna dərs hissə müdiri təyin edilmişdir. Bu dövrdə Türk uşaqlarının təhsil almalarında Sadıx müəllimin böyük xidmətləri olmuşdur. Tələbələr hər-hansı bir çətinliyə düşərkən hər zaman köməyini heç kimdən əsirgəməyən Sadıx müəlimə müraciət edirdilər. Eyni zamanda, Sadıx müəllim tələbələrin zəkalı mütəxəsis kimi formalaşmaları üçün tələbkarlıqları da unutmurdu. Lakin elə məqamlar yaranırdı ki, imtahanlara layiqincə hazırlaşa bilməyən tələbələrə də güzəşt etməmək olmurdu... Texnikumun dərs proqramında əsasən texniki elmlər vacib olmasına baxmayaraq, hümanitar elmlərin də tədrisi yarıbayarı idi. “SSRİ tarixi(əslində qondarma rus tarixi), fəlsəfə, “Elmi kommuniz” kimi cəfəngiyyatlar tələbələrə ağır yük olaraq yüklənirdi. Bu vəziyyəti dərindən bilən Sadıx müəllim əsasən tələbələrin texniki biliklərinin yüksək olmasına çalışırdı, odur ki, hümanitar elmlərdən zəif olanlara əhəmiyyət vermədən həmin imtahanlardan tələbələri asanlıqla keçirirdi. Bu ab-hava erməni millətçilərinin əlində bəhanəyə çevrildi, tədris yoxlamaları aparan erməni məmurlar Sadıx müəllimə qarşı təzyiqlər etməyə başladılar... İrəvan maarif nazirliyinin bir məmuru ilə söhbər zamanı Sadıx müəllim deyir:-İrəvan ali məktəblərində tələbə qəbulu Azərbaycan qədərdir... necə olur ki, əhali sayına görə azərbaycalılar ermənilərdən iki dəfə çox ola-ola siz bu şəraiti əldə etmisiniz! Məlumdur, içinizdə millətçilik xutpəsənliyi var... erməni uşaqlarının da bilik səviyyəsinə bələdik, elə də siz deyən kimi yuxarı-ali bilik həcmində deyil. İndi beş-altı Türk uşaqlarının təhsil almasına da darılırsınız! Bu həqiqət qarşısında qalan erməni məmur barış mövqeyinə keçərək cavab vermişdir:- Sadıx müəllim, mən deyirəm ki, yəni tələbələr yaxşı bilik əldə etsinlər. İstəmirsən, o sənin türklərin, o da sən, özün bilərsən!.. Sadıx müəllim də öz növbəsində deyir:- Bəli, mən bilirəm ki, uşaqları bir mütəxəsis kimi necə öyrətmək lazımdır! Qaldı ki, kimdənsə, nəsə pul-filan almağım haqqında mənim barəmdə söhbət belə ola bilməz!.. Həqiqətən də belə olmuşdur, o zamanlar texnikumda oxuyanlar Sadıx müəllimin hər kəsə təmənnasız kömək etdiyini ağızdolusu danışırlardılar. Sadıx müəllimin oğlu Arif bəy belə bir əhvalat danışırdı:-Bir dəfə tələbələrdn biri kənddən gələrkən bir qoyun kəsdirib pay kimi nəzərdə tutaraq evimizə gətirmişdi. Atam həmin tələbəyə hirslənərək dedi:-Tez bu heyvanı apararsan kəndə! Kasıb ailəsiniz, apar, bacıların yesin!( tələbə ailədə bir qardaş, dörd bacı idilər ) Bir də belə iş görmə! Sənə kömək edəndə mən nəzərimdə pay-filan tutmamışam!..
Erməni millətçiliyi son zamanlar – yetmişinci illərin axırı vüsət alması, bir tərəfdən də müharibədə aldığı yaraların təsiri yaşlandıqca öz təsirini gücləndirməsi Sadıx müəllimin mənəvi müqavimətini qırmağa başladı. Bu səbəbdən 1980-ci ildə Sadıx müəllim pensiyaya-yaşa görə təqaüdə çıxaraq Bakı şəhərinə köçməli oldu və ömürünün axırına qədər-2002-ci ilə qədər Bakıda yaşasa da, hərdən doğma yurda səfərlər edirdi...
Xeyirxah əməlləri, nümunəvi insanlığı daim el-obanın qəlbində yaşayan zəkalı ziyalı Türk oğlu Sadıx müəllim hər zaman ehtiramla yad olunur.

Hazırladı: Nitalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1900 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |