Şrift:
TAP boru kəmərinin Yunanıstan sahəsində tikinti işləri aparmaq üçün lisenziya alıb
25.09.2014 [00:06] - Gündəm, İqtisadiyyat
Trans-Adriatik boru kəməri (TAP) layihəsinin işlənməsi üzrə konsorsium boru kəmərinin Yunanıstan sahəsində tikinti işlərinin aparılması üçün lisenziya alıb. Bu barədə TAP yaydığı məlumatda xəbər verir.
Lisenziya 50 il qüvvədə olacaq. Yunanıstanın verdiyi lisenziya boru kəmərinin çəkilməsi, kompressor və ölçü stansiyalarının, eləcə də digər avadanlıqların quraşdırılması kimi TAP boru kəmərinin tikintisi ilə bağlı işlərin aparılması üçün zəruri icazənin alınmasını nəzərdə tutur.
Qeyd edək ki, TAP Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsium tərəfindən qazın Avropa bazarlarına nəqli üçün marşrut qismində seçilib. TAP layihəsi Xəzər regionundan qazı Yunanıstana, Albaniyaya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, daha sonra isə Qərbi Avropaya nəql etməyi nəzərdə tutur. Boru kəmərinin uzunluğu təqribən 870 kilometrdir. Boru kəmərinin tikintisinə 2016-cı ildə başlamaq planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 917 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed