25.09.2014 [00:08] - Xəbərlər, Siyasət
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) müzakirələr yolu ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər. Bunu AŞ PA-nın sədri Ann Brasör Bakıya səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Xanım A.Brasör xatırladıb ki, Azərbaycan AŞ Nazirlər Komitəsinə may ayından sədrlik edir və bu ümumi qaydada baş verir. Ənənəvi olaraq AŞ PA iclaslarını sədrlik edən ölkələrdə keçirir: "Burada siyasi müzakirələr apardım. Prezident İlham Əliyev, ədliyyə naziri, baş prokuror, parlament sədri və parlament üzvləri ilə, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüm. Həbsdə olan şəxslərlə də görüşlərim oldu. Keçirdiyim siyasi müzakirələrə gəldikdə, parlament üzvləri ilə Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdik".
O, qeyd edib ki, ərazi bütövlüyü AŞ PA üçün müzakirə olunmaz bir məsələdir: "Bütün üzv ölkələrdə buna əməl olunmalıdır. Hər bir münaqişənin həlli üçün dialoqa ehtiyac var. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu var. Həmçinin Parlament Assambleyasında hər iki ölkənin nümayəndə heyətləri var və AŞ PA-da müzakirələr yolu ilə münaqişənin həllinə öz töhfəmizi verə bilərik".
A.Brasör bildirib ki, Azərbaycan Avropa Şurasına qoşularaq öz üzərinə öhdəliklər götürüb: "AŞ-yə üzv olan bütün 47 ölkədə nöqsanlar mövcuddur. AŞ-yə üzv ölkələrin öhdəliklərini yerinə yetirməsi üçün bir sıra mexanizmlər, o cümlədən Azərbaycanla bağlı fəaliyyət planı işlənib-hazırlanıb. Ədliyyə Nazirliyi ilə birgə layihələr həyata keçiriləcək".

Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |