Şrift:
Belçika və Fransanın hava limanlarında xaos yaranıb
22.12.2011 [12:14] - Gündəm
Avropanı yenidən etiraz aksiyaları bürüyüb. Belçikada dəmiryol işçiləri tətil edir. Onlara paytaxt Brüsseldə ictimai nəqliyyat və hava limanları da qoşulub. Hökumətin təqaüd islahatına etiraz olaraq elan edilmiş tətil bir sıra şəhərlərdə nəqliyyatı tamamilə iflic edib. Hava limanlarında sərnişinlər saatlarla gözləməli olublar.

Fransada isə artıq 7-ci gündür ki, hava limanlarının təhlükəsizlik xidməti əməkdaşları tətil edirlər. Xüsusilə mürəkkəb vəziyyət Paris, Lion və Niçça şəhərlərinin hava limanlarında yaranıb. Ölkə rəhbərliyi qərar verib ki, tətil dayandırılmasa, hava limanlarında təhlükəsizlik polis və jandarmlara həvalə ediləcək. Hökumət bu cür aksiyaların bayramqabağı yolverilməz olduğunu bəyan edib. Fransada hava limanlarının işçiləri ilk dəfə deyil yeni il ərəfəsində tətil edirlər. Əmək haqlarının artırılmasını tələb edən həmkarlar ittifaqlarının hökumətlə danışıqları isə hələ bir nəticə verməyib.
Bu xəbər oxucular tərəfindən 1574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed