25.09.2014 [13:21] - Gündəm, Bildiriş
Yaxın 2-3 gün ərzində Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın temperaturu gecə 16-18, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində sentyabrın 26-da əsasən Böyük və Kiçik Qafqaz ərazilərində, eyni zamanda, Lənkəran-Astara bölgəsində şimşək çaxacaq, yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi gündüz güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |