Şrift:
Xəzəryanı ölkələrin iş adamları Həştərxanda toplaşacaqlar
25.09.2014 [13:34] - Güney Azərbaycan xəbərləri, Siyasət
Rusiyanın Həştərxan vilayətində Xəzəryanı ölkələrin ticarət-sənaye palatalarının Beynəlxalq işgüzar əməkdaşlıq Şurasının iclası keçiriləcək. Bunu cümə axşamı Bakıda səfərdə olan İranın Gilan əyalətinin Ticarət-Sənaye Palatasının sədri Hadi Tizhuş Taban deyib.
H.T.Taban bildirib ki, Xəzəryanı ölkələr, xüsusilə İran və Azərbaycan arasında ticari əlaqələrin inkişaf etdirilməsi üçün çox əlverişli potensial və şərait mövcuddur.
Onun sözlərinə görə, Xəzəryanı ölkələrin Ticarət-sənaye palatalarının Beynəlxalq İşgüzar Əməkdaşlıq Şurasının iclası sentyabrın 29-da Həştərxanda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti çərçivəsində baş tutacaq. Biznes-görüşdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın regionlarından 50-yə yaxın özəl şirkətin və Ticarət-sənaye palatalarının nümayəndələrinin iştirakı gözlənilir.
Tizhuş Taban deyib ki, görüş çərçivəsində "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulub: “Görüş iştirakçıları Xəzərdə ticarət əməkdaşlığı və nəqliyyat daşımalarının perspektivləri, Xəzəryanı ölkələr arasında gömrük sənədləşdirilməsinin asanlaşdırılması, vergilərin və gömrük xərclərinin azaldılması və s. məsələləri müzakirə edəcəklər”.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed