Şrift:
FIFA-nın 2018 və 2022-ci il DÇ sahiblərinin seçimi barədə ilk bəyanatları noyabrdan tez olmayacaq
25.09.2014 [13:38] - Gündəm, İdman
2018 və 2022-ci illərdə dünya çempionatlarının sahiblərinin seçimi ilə bağlı ilk rəsmi izahatları noyabrdan tez gözləməyə dəyməz. Bunu FİFA-nın Etika Komitəsinin sədri Hans-Yoahim Ekert bəyan edib. Bu barədə “İnterfaks” xəbər yayıb.
goal.com saytı Ekertdən sitat gətirir: "Hər halda noyabrın əvvəlində biz mövqeyimizlə bağlı ilk rəsmi bəyanatımızı verə biləcəyik. Əgər işin araşdırıcısı Maykl Qarsiya qərara alsa ki, korrupsiyada şübhəli bilinənlər üzərində arbitraj prosesinə başlamaq zəruridir, onda biz onu mütləq təşkil edəcəyik".
Qeyd edək ki, FIFA KİV-də İcraiyyə Komitəsinin üzvlərinin pulla ələ alınması ilə bağlı iddiaların meydana çıxmasından sonra DÇ-2018 (Rusiya) və DÇ-2022-yə (Qətər) ev sahibliyi edəcək ölkələrin seçkisinin araşdırılmasına təşəbbüs göstərib.
Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed