Şrift:
Atıcılıq üzrə Bakı şəhər kuboku yarışı keçirilib
27.09.2014 [12:26] - İdman
Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə İdman Akademiyasının tirində Atıcılıq üzrə Bakı şəhər kuboku yarışı keçirilib.

Yarışda Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun komandası da mübarizə aparıb. Klubdan APA-ya verilən məlumata görə, gərgin keçən yarışı Baş hakim Aşumova İradə, hakimlər Eminbəyli Yavuz, Stepanova Olqa, AbdullayevYusif, Astanova Böyükxanım və Əhmədova Səadət izləyib və qalibləri müəyyən ediblər.

Pnevmatik tapançadan 10 metrə məsafəyə qızlar arasında:
1-ci yer: Mehdiyeva Ziba 382 xal (Spartak)
2-ci yer: Qasımova Zərifə 372 xal (Neftçi İSM)
3-cü yer: 369 xal ilə 2 nəfər: Abbaslı Nəzrin (Spartak) və Səmədova Nərminə (Neftçi İSM)
Pnevmatik tapançadan 10 metrə məsafəyə oğlanlar arasında:
1-ci yer: Məmmədov Rəsul 572 xal (Neftçi İSM)
2-ci yer Beybudov Zakir 567xal (FHN)
3cü yer Bağızadə Mahmud 559 xal (Spartak)

Kiçik çaplı silahdan 50 metr məsafəyə oğlanlar arasında:
1-ci yer: Abdullayev Məmmədəli 537 xal (FHN)
2-ci yer Məmmədov Rəsul 537 (Neftçi İSM – perestrelkada 5 qüllədən Məmmədəli qalib gəlib)
3-cü yer Axundov Urfan 520 xal (Spartak)

Qeyd edək ki, FHN-nin İdman Sağlamlıq Klubunun məşqçisi Yusif Abdullayev olub.
Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed