Şrift:
Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib
22.12.2011 [13:05] - Gündəm
Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvləri Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyada “Fransa parlamenti, ədalətli ol!”, “Sarkoziyə ar olsun!”, “Fransa xalqı, Sarkozini dayandır!”, “Qarabağı işğal edən Ermənistana yardımı dayandır!” kimi şüarlar səsləndirilib.

Sonra aksiya iştirakçıları adından bəyanat oxunub və səfirliyə təqdim olunub.

BDM-in sədri İsmayıl Ağayev bildirib ki, aksiya Fransa prezidenti Nikola Sarkozinin təkidli tələbi ilə parlamentdə müzakirəyə çıxarılan uydurma “erməni soyqırım”ını inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinə etiraz olaraq keçirilir: “Əsas məqsədimiz türkiyəli qardaşlarımıza dəstək olmaqdır. Dünya ictimaiyyətini fransızların qeyri-qanuni hərəkətlərinə göz yummamağa çağırırıq. Əvvəlcə iyirmi il bundan əvvəl baş vermiş Xocalı faciəsinə düzgün qiymət versinlər. Bu gün Fransa birmənalı olaraq Ermənistanı müdafiə edirsə, onda Minsk Qrupu həmsədrliyindən çıxmalıdır”.
Bu xəbər oxucular tərəfindən 1795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed