Şrift:
Tayson yenidən gündəmdə
29.09.2014 [14:52] - İdman
Bu dəfə o xeyirxaqlığı ilə fərqlənib
Keçmiş super ağır çəkili boksçu Mayk Tayson yenidən qəzet başlıqlarına düşüb.
Qalmaqallı idmançı həmişə olduğu kimi bu dəfə hansısa “qulaq dişləmə” kimi hərəkətləri və ya şərhləri ilə yox xeyirxaqlığı ilə fərqlənib. Dünyanın keçmiş danılmaz çempionu özünü qayğıkeş və anlayışlı sürücü kimi göstərib.

Las-Veqasa gedən magistral yolda o taksinin 29 yaşlı Rayan Çesli adlı motosikletçini vurduğuna şahid olur. O yıxılır və aydın görünür ki, tibbi yardıma ehtiyacı olur. Tayson yolu maşını ilə bağlayır və 29 yaşlı gənci tibb işçiləri gələnədək sakitləşdirir.

Çesli deyir ki, təcili təbbi yardım gəldikdən sonra onun xilaskarı lap əsl süperqəhrəman kimi gözdən itir. Bu arada motosikletçini təcili tibbi yardım çoxsaylı sınıq və cızıq yaraları ilə xəstəxanaya gətirir.

Çesli öz super qəhrəmanın minnətdarlıq olaraq, boksçunun ev adresinə meyvə səbəti göndərir.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed