Şrift:
Mançini PSJyə keçə bilər
29.09.2014 [14:56] - İdman
"PSJ"də kreslosu yellənən Loren Blanın komandadan göndəriləcəyi gözlənilir
"Qalatasaray"ın sabiq baş məşqçisi Roberto Mançini "PSJ"yə keçə bilər.

"Lokomotiv Moskva", "Napoli" kimi komandalarla da adı hallanan italiyalı mütəxssis Fransız klubunu çalışdıra bilər. "PSJ"də kreslosu laxlayan baş məşqçi Loren Blanın komandadan göndəriləcəyi və yerinə Mançininin gətirələcəyi deyilir.

Fransa mətbuatında yer alan bir xəbərə görə, klubun sahibi Nasser al-Xelaifinin "Lion" ilə bərabərlikdən sonra baş məşqçiyə xəbərdarlıq edib. Klub prezidenti idarəçilərə Blana bir-iki oyunluq vaxt verdiyini söyləyib.

Fransız məşqçi "PSJ"də yaxşı nəticə göstərə bilməsə tezliklə komandadan göndəriləcək və yerinə Mançini gələcək.
Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed