Şrift:
Urmiya gölü fəlakəti BMT-in müzakirəsində
29.09.2014 [14:59] - Güney Azərbaycan xəbərləri, Hadisə
Gölün quruması 5 milyon insanın köçməsinə səbəb olacaq
Urmiya gölü ətrafında baş verən ekoloji fəlakət nəticəsində 600 min əhali bölgədən köçüb, orada qalıb yaşayanlar arasında yoxsulluq artıb.

Bu barədə BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şahidin yaydığı yeni hesabatda məlumat verilib. Onun bu hesabatı İnsan Hüquqları Şurasının BMT Baş Assambleyasının 69-cu sessiyasına təqdim etdiyi qətnaməyə müvafiq olaraq yayılıb.

Sənəddə Urmiya gölü böhranının aradan qaldırılması yollarını müəyyənləşdirmək üçün müsbət təşəbbüslərin həyata keçirildiyinə baxmayaraq, real addımların atılmadığı, geçikdiyi vurğulanıb. Burada yerli məsul şəxslərlə bağlı narahatlığa da yer verilib: “Bu ilin aprelində rəsmi şəxslər gölün 93 faizinin quruduğunu və duz səviyyəsinin ikiqat artdığını bildiriblər. Bu, xərçəng və tənəffüs orqanları xəstəliklərinin sürətlə artmasına səbəb olub. Rəsmi şəxslər isə lazımi addımların oktyabra qədər atılmadığı təqdirdə gölün güney hissəsinin yox olacağını, bunun 5 milyon insanın köçməsinə yol açacağını söyləyiblər.”

Mətbuata açıqlanan hesabatda Urmiya gölü ilə bağlı böhranın ciddi ictimai, iqtisadi və sağlamlıq məsələsi olduğu vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed