Şrift:
Finlandiyada azərbaycanlı musiqiçinin yubileyi qeyd olunub
30.09.2014 [12:47] - Mədəniyyət, Diaspor
Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Yoensuu Konservatoriyasının müəllimi Kamal Aşurbəyovun 50 illik yubileyi qeyd olunub.

APA - nın məlumatına görə, yubiley gecəsi Finlandiya Mədəniyyət İnkişaf Fondunun dəstəyi ilə Yoensuu şəhərindəki Garelia-Sali konsert zalında keçirilib.

Tədbirdə şəhər rəhbərliyinin təmsilçiləri, musiqi ictimaiyyətinin nümayəndələri və Finlandiyada yaşayan azərbaycanlılar iştirak ediblər.

Konsert proqramında K. Aşurbəyov azərbaycanlı müəlliflərin musiqi əsərlərini səsləndirib. Tədbir boyu həmçinin K. Aşurbəyovun yaradıcılığı haqqında məlumat verilib, təbrik nitqləri söylənilib.

Qeyd edək ki, məşhur Aşurbəyovlar nəslindən olan K. Aşurbəyov P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirəndən sonra 1994-cü ildə Finlandiyaya köçüb. Rəşid Behbudov, Müslüm Maqomayev, Tofiq Quliyev, Qara Qarayev, Üzeyir Hacıbəyli kimi sənətkarların yaradıcılığından bəhrələnən musiqiçi təkcə Finlandiyada deyil, Avropa ölkələrinin çoxunda Azərbaycan mədəniyyətini, musiqisini, o cümlədən muğamları təbliğ edir. K. Aşurbəyov Helsinki şəhərinin meriyasında Azərbaycan mədəniyyətinin tarixinə dair mühazirələr oxuyub.
Bu xəbər oxucular tərəfindən 1058 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed