Şrift:
Qondarma “erməni soyqırımı” ilə bağlı Parisdə etiraz aksiyaları keçirilir
22.12.2011 [13:13] - Gündəm
Mindən artıq insan Fransa Milli Assambleyasının qarşısına toplaşaraq qondarma “erməni soyqırımı”nı inkar edən şəxsləri cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə qarşı etiraz aksiyası keçirir.
Əllərində Türkiyə və Fransa bayraqları dalğalandıran aksiya iştirakçıları “Siyasətdə tarixdən istifadə olunmamalıdır”, “Tarixi debatlar siyasi diskussiyalardan kənar qalmalıdır” sözləri yazılmış plakatlar qaldırıblar. Əsasən gənclərdən ibarət nümayişçilər Fransa-Türkiyə Assosiasiyası Koordinasiya Komitəsinin hazırladığı vərəqələr paylayırlar. Polis Milli Assambleyaya gedən bütün yolları bağlayıb.
Xatırladaq ki, hazırda Fransa parlamentində qondarma “erməni soyqırımı”nı inkar edən şəxsləri cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi davam edir. Fransa qondarma “erməni soyqırımı”nı 2001-ci ildə tanıyıb.
Hazırda Parisin ayrı-ayrı yerlərində analoji aksiyalar davam edir.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed