Şrift:
Müştərək türk dili hədəfdə
30.09.2014 [12:58] - Gündəm, Türk dünyası-Turan
Ərzincanda Beynəlxalq Mədəniyyət, Sənət və Təhsil Simpoziumu başa çatıb.
Ərzincan Universitetinin ev sahibliyi ilə, Abay Milli Pedoqoji Universiteti, TÜRKSOY və TİKA-nın köməyi ilə keçirilən Türk dilində danışılan coğrafiyada 1-ci Beynəlxalq Mədəniyyət, Sənət və Təhsil Simpoziumu başa çatıb.

ANS PRESS-in məlumatına görə, simpoziuma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Tailand, ABŞ və Fransadan 41 akademik qatılıb, 47 mövzu üzrə müzakirə aparılıb, ümumi qərar qəbul olunub. Qərarda deyilir ki, Türk dilində danışan ərazilərdə ortaq dəyərlər, mədəniyyət və sənət ön plana çıxır. Müştərək dəyərlərin Türk dünyasında tanınması və anlaşılması üçün akademik səviyyədə təhsil fəaliyyəti davam etdirilir. "Dildə, fikirdə, işdə birlik" devizi hər sahədə olduğu kimi, akademik sahədə də hədəf olmalıdır. Folkloru, ədəbiyyatı, adət-ənənələri, mədəniyyəti ehtiva edən əsas prinsiplər böyük önəm daşıyır.

Növbəti simpozium gələn il Qazaxıstanın Albay Milli Pedoqoji Universitetinin təşkilatçılığı ilə keçiriləcək.

Sonda rəsm və heykəltəraşlıq nümuynələrindən ibarət sərgi açılıb.
Bu xəbər oxucular tərəfindən 1028 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed