Şrift:
Mahir Şükürov 60 dəqiqə oynadı
30.09.2014 [14:17] - İdman
Şükürovun çıxış etdiyi "Karşıyaka" "Şanlıurfaspor"u qəbul edib
Türkiyənin PTT 1-ci liqasında IV turun oyunları keçirilir.

ANS PRESS-in məlumatına görə, Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" "Şanlıurfaspor"u qəbul edib.

Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir start heyətində yer alıb və 60-cı dəqiqədə Çiço Ofoedu tərəfindən əvəzlənib.

Qeyd edək ki, "Karşıyaka" 4 turda 4 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 934 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed