Şrift:
Amerika Xarici İşlər Nazirliyinin sözçüsü: Mən Traxtur tərəfdarıyam
01.10.2014 [10:47] - Güney Azərbaycan xəbərləri, İdman
Təbrizin “Traxtur” futbol takımının adı və tərəfdarları artıq Azərbaycan, İran və bölgə ilə məhdudlaşmır. Xüsusi ilə bu takımın adı və müsabiqələri güney azərbaycanlıların fars şovinizminə qarşı mübarizəsi ilə birlikdə çəkilincə komandaya rəğbət biraz da artıb və dünyaşöhrətli siyasilər və yüksək rütbəli dövlət adamları “Traxtur” tərəfdarına çevrilib.

Məlumata görə, ABŞ (Amerika Birləşmiş Ştatları) Xarici İşlər Nazirliyinin sözçüsü bir Televiziya proqramında bildirib ki, mən “Traxtur” tərəfdarıyam. O bundan öncə “Traxtur” İran kubokunun çempionu olunca Facebook səhifəsində bu qələbəni təbrik də etmişdir.

Alan Eyre fars Telekanallarının birində aparıcının –Siz “İstiqlal” yoxsa “Perspolis” komandasının tərəfdarısız?!- sualına cavab verərkən yalnız “Traxtur” tərəfdarı olduğunu bildirib.

Verilişi aşağıdakı VİDEOdan izləyə bilərsiniz:
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed