Şrift:
Güney Azərbaycanlıların Milli-Mədəni Mərkəzi Mühacirət Parlamenti ilə bağlı müraciət ünvanlayıb
02.10.2014 [11:39] - Güney Azərbaycan xəbərləri, Diaspor
Bakıda fəaliyyət göstərən Güney Azərbaycanlılarının Milli-Mədəni Mərkəzi (GAMMM) sürgündə Güney Azərbaycanın Parlamentinin yaradılması və seçkilərlə bağlı öz münasibətini müraciət şəklində bildirib.


“Bakıda fəaliyyət göstərən Güney Azərbaycanlılarının Milli-Mədəni Mərkəzi (GAMMM) Güney Azərbaycan Mühacirət Parlamentinə (GAMP) seçkilərlə bağlı bu quruma müraciət ünvanlayıb.

Müraciətdə parlament seçkilərilə bağlı konkret tövsiyələr verilir. Mərkəzə görə, parlament Güney Azərbaycanın müstəqilliyini qəbul edən, ictimai-siyasi və sosial təbəqələri əhatə etməlidir. Parlamentə dünyada və Iranda baş verən prosesləri nəzərə almaqla bu fonda milli maraqların təminatı yolları axtarmaq tövsiyə olunur.

Iranda hakim rejimə müxalif olan bütün qüvvələrlə əməkdaşlıq olunması məqbul sayılır. Parlmentə seçiləcək şəxslərin keçmiş fəaliyyətlərinin araşdırılması lazım bilinir. Parlamentin tərkibinin müəyyənləşdirilməsində parlamentin təsisçiləri olan qurumların üzvlərinə üstünlük verilməsi irəli sürülür. Bundan əlavə, Güney Azərbaycanda baş verən prosesləri dünyaya çatdırmaq üçün informasiya resurslarının yaradılması təklif edilir.

Güney Azərbaycan Mühacirət Parlamenti 2014-cü il martın 15-də təsis edilib. Parlamentin məqsədi Güney Azərbaycanın müstəqilliyini təmin etməkdir. Parlament bir qrup Güney Azərbaycan mühaciri tərəfindən təsis olunub.

GAMMM-ı Azərbaycanda yaşayan 16 güneyli mühacir 2014-cü il aprelin 3-də təsis edib. Qurumu 5 nəfərlik Idarə Heyəti idarə edir.

Güney Azərbaycan türklərinin milli, mədəni, insani haqlar problemlərini ictimai mədəni tədbirlər yolu ilə tanıtmaq Mərkəzin əsas fəaliyyət istiqamətidir. Azərbaycanın dövlət olaraq uğurlarını, Qarabağ probleminin mahiyyətini Güney Azərbaycanda işıqlandırmaq fəaliyyət yönlərindən biridir. Azərbaycanda yaşayan Güney azərbaycanlı mühacirlərin problemlərinin həlli yönündə fəaliyyət göstərir.

Insanların azadlığı və millətlərin öz müqəddəratını təyinetmə prinsipindən çıxış edən Mərkəz Güney Azərbaycanda milli-mədəni haqlar uğrunda mübarizə aparanları müdafiə edir və bu yöndə beynəlxalq insan haqları qurumları ilə əlaqələr qurur.”

“Qeyd edək ki, GAMMM-nin ünvanladığı müraciətdə qeyd olunan məqamlar, mərkəzin mövqeyini əks etdirir və Saytımızın mövqeyi ilə heç bir əlaqəsi yoxdur.”

Hörmətlə:

GAMMM
Bu xəbər oxucular tərəfindən 1394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed