22.12.2011 [14:00] - Gündəm
Bağdadda baş verən partlayışlar nəticəsində ən azı 59 nəfər ölüb, 176 nəfər yaralanıb.
Bu rəqəmləri İraq Səhiyyə Nazirliyinin nümayəndəsi açıqlayıb. Səhər saatlarında İraq paytaxtının müxtəlif yerlərində 10-12 partlayış qeydə alınıb. Bu, son vaxtlar ölkədə baş verən ən irimiqyaslı terror aktı hesab olunur. Bir çoxları baş verən partlayışları İraqın vitse-prezidenti Tarik əl-Haşiminin həbsi barədə qərar verilməsi ilə əlaqələndirirlər. “İraqiyyə” sünni partiyasının lideri olan Əl-Haşimi hazırda kürdlərin nəzarətində olan bölgədə gizlənir və şiə hökumətinin ittihamlarını rədd edir.
Baş nazir Nuri əl-Maliki öz müavini, Əl-Haşiminin tərəfdarı sayılan Saleh əl-Mütləqi də istefaya göndərməyə çalışır. Qeyd edək ki, “İraqiyyə” partiyasının üzvləri parlament və hökuməti boykot ediblər. Əl-Maliki isə hökumətə qarşı çıxan nazirləri daha loyal şəxslərlə əvəzləyəcəyini bildirib.

Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |