Şrift:
Görkəmli xanəndə Keçəçioğlu Məhəmmədin 150 illik yubileyi qeyd olunacaq
02.10.2014 [12:13] - Mədəniyyət
Oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun) anadan olmasının 150 illiyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə xalq artistləri Səkinə İsmayılova, Zabit Nəbizadə, ifaçılar Qocaq Əsgərov, Güllü Muradova, Səbinə Ərəbli, Elnur Zeynalov, Aytən Məhərrəmova, Vüsalə Musayeva və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşada anadan olub. O, klassik muğamları, həmçinin, “Nəva”, “Mahur”, “Bayatı-Qacar” muğamını orijinal şəkildə ifa edib.

İfaçı xüsusən zərbi muğamların təbliğatçısı kimi tanınıb.
Bu xəbər oxucular tərəfindən 1116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed