Şrift:
Azərbaycan filmi Tokio Beynəlxalq Film Festivalında nümayiş olunacaq
02.10.2014 [12:19] - Mədəniyyət
Azərbaycanın “Nabat” bədii filmi 27-ci Tokio Beynəlxalq Film Festivalında (TİFF 2014) nümayiş olunacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, festival oktyabrın 23-dən 31-dək keçiriləcək.

Festivala dünyanın müxtəlif ölkələrinin kinostudiyalarında istehsal olunmuş 14 film buraxılıb. Filmlər 92 ölkədə istehsal edilmiş 1373 film arasından seçilib.

“Nabat” doqquz gün ərzində Tokionun məşhur “Ropponqi Hills”, “TOHO Cinemas Nihonbashi” və digər kino salonlarında nümayiş olunacaq.

Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elçin Musaoğlu və Elxan Nəbiyev, quruluşçu operatoru Abdulrəhim Beşarat (İran), prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində əsas rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandırıblar.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed