Şrift:
Terror təşkilatından daha təhlükəli olan terroru dəstəkləyən dövlətlərdir
02.10.2014 [13:20] - Gündəm, Müsahibə, Siyasi partiyalar
Həbib Ələkbərsoy: “İrandaki, Ermənistandakı və Rusiyadakı kimi terroru dəstəkləyən rejimlərin olması regionumuz üçün daha ciddi təhdid mənbələridir”




GünAz TV mətbuat mərkəzinin müsahibi, Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Həbib Ələkbərsoydur.
-Həbib bəy, bəzi ekspertlər (karçünaslar) belə fikir bildirirlər ki, bölgədə cərəyan edən hadisələr Kürdüstan dövlətinin yaranmasına hesablanıb. Siz bu barədə nə deyə bilərsiniz?

- Mən nəinki düşünmürəm ki, bölgədə baş verən hadisələr “Kürdüstan dövləti”-nin yaranmasına hesablanıb, əksinə hesab edirəm ki, son aylarda baş verənlər bu planı daha da ləngidir. Kürdüstanı bir dövlət kimi formalaşdırmaq prosesi əvvəlki illərdə daha sürətli və onlara görə uğurlu aparılırdı. Kürdüstan İraqda demək olar yarımmüstəqil bir dövlət halında idi. Medianın hazırladığı reportajlarda (quzariş) görünürdü ki, İraqın öz daxilində Kürdüstan adlanan əraziyə giriş üçün demək olar “gömrükdən” keçməli olurdular. Bundan əlavə, Kürdüstan Muxtariyyatının baş nazirinə tabe ordusu, ərazidəki enerji resursları (qaynaqları) üzərində hakimiyyəti var və s. Həm də, Kürdüstan Muxtariyyatının baş naziri Məsud Bərzani terror təşkilatları ilə olan əlaqələrini qabardaraq, özünü regionda təhlükəli lider kimi təqdim etməyə çalışırdı ki, onunla hesablaşsınlar. Təbii, bu məslədə ciddi dəstəyə də sahib idi ki, belə davranırdı. Lakin, İŞİD (İraq və Şam İslam Dövləti) terror təşkilatının İraq ərazinə keçməsi həm peşmərcənin, həm Kürdüstanın, həm də onun liderinin nüfuzunu aşağı saldı. Əksinə yerli türkmənlər və onlara dəstək verən könüllülər Şimali İraqda daha döyüşkən mövqe nümayiş etdirirlər. Necə deyərlər, “Qurdlar dumanlı gündə yuvada durmaz”.

Ümumiyyətlə, İŞİD bir terror təşkilatıdı və region üçün həm ideoloji, həm də silahlı təhlükələrdən biridi. Lakin mən hesab edirəm ki, terror təşkilatından daha təhlükəli olan terroru dəstəkləyən dövlətlərdir. İrandaki, Ermənistandakı və Rusiyadakı kimi terroru dəstəkləyən rejimlərin olması regionumuz (bölgə) üçün daha ciddi təhdid mənbələridir. Terror təşkilatlarına qarşı ciddi addımlar atmaqla, qısa bir zamanda onları məhf etmək olar. Amma terroru dəstəkləyən rejimlərə qarşı bütün dünya birləşməsə nəticə əldə etmək mümkün deyil.

Bu baxımdan başda PKK olmaqla, bir neçə terror təşkilatı ilə açıq əlaqə və əməkdaşlıqda olan Bərzani Kürdüstanının da dövlət kimi formalaşmasını mən ciddi bir təhlükə ocağı hesab edirəm.

-Sizcə, belə hadisə baş verərsə, bölgədə hansı proseslər gedəcək?

- Baxın, İraqın etnik tərkib statistikasına görə, ikinci yerdə türk nüfuzu yer alır. Bəs necə olur ki, kürdlərə həm muxtariyyat verilir, həm hökumətdə təmsil olunurlar, həm parlamentdə, həm də iqtisadiyyatın böyük bir hissəsində söz sahibi olduqları halda, Türklərin nəsibi, ancaq Kərkükdə, Mosulda partlayan bobalardı?!

Güney Azərbaycanda rejim tərəfindən İran əhalisinin yarıdan çoxunu təşkil edən türklərin heç bir milli haqqları qorunmadığı halda, bütün dünya buna susur. Lakin, orda yaşayan kürdlərin nüfuzu şişirdilmiş şəkildə təqdim olunur və onların milli hüquqları dünyada ciddi təbliğ və hətda tədris edilir. Belə bir tədris proqramı hətda beynəlxalq hərbi birliklərin yüksək dərəcəli hərbi kurslarında da mövcuddur. Bütün bu məlumatlardan mən bu qənaətdəyəm ki, İranın cürümş molla rejiminin dağılmasında xüsusi çəkiyə malik olan Güney Azərbaycan türklərinin rolunu nəticədə azaltmaq və İraqda olduğu kimi, İranda da kürdlər vasitəsiylə, milli və dini zəmində qarşıdurma yaratmaqla Bütöv Azərbaycanın güclü bir Türk dövləti kimi meydana çıxmasına mane olmaq məqsədi var. Hələ, 1945-ci ildə Güneydə yaranmış milli hökumətin süqutu da məhs bu səbəbdən baş verdi. Güney Azərbaycanın lideri Seyid Cəfər Pişəvəri ilə, Quzey Azərbaycanın lideri Mir Cəfər Bağırovun Azərbaycanı birləşdirmək ideyası ortaya qoyulandan sonra, “Azərbaycanın bütövləşəcəyi təqdirdə, SSRİ-nin (Şurəvi) tərkibində Qafqazda Gürcüstanın sıxışdırılacağı” bəhanəsi ilə Stalini Azərbaycan Milli Hökumətinə deyil, bu hökumətin süqutu üçün, İranın şah rejiminə dəstək vrməyə razı salan Ruzvelt və Çörçill, sonradan ifadə etmişdilər ki, bu plan Sovet (Şurəvi) imperiyasının tərkibində hansısa formal respublikanın güclü, hansınınsa zəif olması ilə bağlı olmamış, SSRİ dağıldıqdan sonra yaranacaq dövlətlərin hansı gücə sahib olacağı ilə bağlı olmuşdur. Hətda, Uinston Cörçill, Azərbaycanın bütövləşəcəyi təqdirdə, SSRİ-dən sonrakı müstəqil Bütöv Azərbaycanı, dünya üçün “ikinci Türkiyə” adlandırmışdı. Bundan isə ehtiyat etdikləri üçün, məhz Azərbaycanın bütövləşməsinin qarşısını almağa çalışmışlar.

Yəni, mən düşünürəm ki, Kürdüstanın gücləndirilməsi bu gün üçün, İranın molla rejiminin məhvində Türk faktorunu kənarda saxlamağa hesablanıb.

-Ümumiyyətlə, bölgədə uzunmüddətlə sülhün yaranması gözlənilirmi?

- Bu stiuasiya(vəziyyət) ilə mən nəinki uzunmüddətli sülh barədə nikbin deyiləm. Hələ uzun zaman sülhün yaranacağını belə gözləmirəm. Çünki, dünyada milli və dini münaqişələrin toxumunu səpən iki super güc var ki, onlar da hələ ki, regionda söz sahibidirlər. Rusiyanın müstəmləkəsində olmuş xalqlarda milli, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) müstəmləkəsində olmuş xalqlarda isə dini zəmində münaqişələr həmişə üzün sürüb. Düzdür, biz bu gün, yaranmış şəraitə uyğun dövlətimiz və millətimiz naminə strategiya qurmalıyıq. Lakin mən düşünürəm ki, həm dövlətimizin, həm bütövlükdə millətimizin, həm də rejionun təhlükəsizliyinin və tərəqqisinin tək yolu Türk Dövlətləri arasında iqtisadi, siyasi və hərbi birliyin formalaşmasıdır. Yaranacaq Türk Birliyi yeni bir güc mərkəzi kimi həm də dünyada təhlükəsizliyin və ədalətin qarantı olacaq. Tarix dəfələrlə bunu sübut edib.

Müsahibəni götürdü

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed